Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 65 Dözümlülük sayəsində, müqavimət və qeyri-adi mətinliyi
nəticəsində istədiyinə istədiyi şəkildə nail olur” (38: 171).
M.Ə.Rəsulzadə qeyd edir ki, Nizaminin qadın haqqın-
dakı görüşlərinin yaratdığı fəzilətli qadın surətlərinə görə
müsbət olaraq müəyyən etmək mümkündür. Fəqət Nizami,
qadın azadlığı və isməti haqqındakı fikirlərini türk köçərilə-
rindən qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır. Hə-
min hekayətdə deyilir: Qafqaza getmək üçün Çindən hərəkət
edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. İskəndər
buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını gö-
rür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı
olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol
verməmək üçün qıpçaq bəylərini toplayır. İskəndər Qıpçaq
bəylərinə böyük iltifat göstərməsi barəsində fikirlərini bil-
dirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyə edir:
“Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının
üzü örtülü olmalıdır” deyir. “Özünü başqalarına göstərən
bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qo-
ruya bilməz!” deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu
sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yax-
şıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər: “Padşaha itaət edi-
rik. Zati-ailəsinə sədaqətli olmağa and içmişik, əhdimizdə
dayanmışıq. Fəqət üz örtmək bu əhdə daxil deyildir, çünki
bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı
tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqa-
sının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq
gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı
baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa,
bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə
gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as! Bir