Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə72/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   68   69   70   71   72   73   74   75   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
84
larında təmsil olunan qadınların sayı 14 %-ə bərabərdir. 
Ölkədə partiya üzvlərinin sayının az qala yarısının qa-
dınlardan ibarət olması da elə ürəkaçan nəticələrə dəlalət 
etmir, çünki qadınlar bu qurumlarda ikinci dərəcəli işləri 
yerinə yetirirlər (42: 35).
Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər siyasi 
qurum və parlamentlərində qadınların “sıxışdırılması” mü-
şahidə olunur. Statistika göstərir ki, qadınların parlament-
də ən çox təmsil olunduğu region Şərqi Avropa ölkələri-
dir (35,9 %). Qərbi Avropa və Amerika parlamentlərində 
qadınlar ümumi kəmiyyətin 13,2 faizini təşkil edirlər. Son 
seçkilər zamanı Rusiya Dövlət Dumasında 445 deputatın 
cəmi 45 nəfəri (10 faizdən çoxu) qadınlar olmuşdur. Özlü-
yündə belə bir fakt da maraqlıdır ki, Avropa Şurasina daxil 
olan 45 ölkənin 9-unda hakimiyyətdə bir qadın belə təmsil 
olunmur; 10 ölkədə 10 %-ə yaxın, yalnız 7 ölkədə 30 % 
qadın təmsil olunur. Avropa Şurasına daxil olan ölkələrin 
milli parlamentlərində qadınların sayı cəmi 17, 2 %-i təşkil 
edir (198: 75).
Son illərdə postsovet məkanında gedən demokratik-
ləşmə prosesində bir sıra diqqəti cəlb edən proseslər baş 
vermişdir. Əvvəla qeyd etmək lazımdır ki, demokratikləş-
mə, adətən, cəmiyyətin bütün “qatlarına” nüfuz edir. Ro-
bert Dahl özünün “Demokratiya haqqında” kitabında yazır: 
“Demokratiyanın faydalı nəticələrinə aşağıdakılar daxildir: 
istibdaddan qurtulma, əsas hüquq və azadlıqlara riayət olun-
ma, şəxsiyyət azadlığı, müqəddəratı təyinetmə, mənəvi av-
tonomiya, şəxsiyyətin inkişaf imkanları, şəxsiyyətin təməl 
maraqlarının qorunması, siyasi bərabərlik, sülhə canatma, 
tərəqqi” (183: 48). Bu deyilənlərə onu da əlavə etmək olar 
ki, demokratiya həm də cəmiyyətin idarə olunmasında, 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin