Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
82
yır. Adətən, kəskin sosial qarşıdurmalar şəraitində “qadın
gücünə” daha böyük ehtiyac duyulur. Sosioloq M.Zeyna-
lovanın qeyd etdiyi kimi, 1990-cı illərdə Azərbaycanda
müstəqillik uğrunda gərgin mübarizə getdiyi zaman ön cər-
gələrdə qadınlar da dayanırdı. Müstəqilliyin əldə olunma-
sında qadınların rolu danılmazdır. O zaman onlara böyük
ehtiyac var idi və müstəqillik uğrunda mübarizədə gender
mənsubiyyəti heç bir rol oynamırdı. Əksinə, qadınlar siyasi
həyatda daha aktiv surətdə iştirak edirdilər, amma üstündən
15 il keçdikdən sonra bu fəallığın azaldığı müşahidə olunur
(79: 137-138).
Görəsən qadınların siyasi həyatdan uzaqlaşmasının
başlıca səbəbi və ya səbəbləri nə ilə bağlıdır? Bizə elə gə-
lir ki, “dinc şəraitdə” qadınların ictimai-siyasi həyatdan
uzaqlaşması bir növ ənənəvi amillərlə bağlıdır. Əgər ağır,
məşəqqətli illərdə (məsələn, müharibədə) ailələrin ağır
yükü qadınların çiyninə düşərsə, nisbətən sakit şəraitdə
təşəbbüsü kişilər ələ almağa çalışırlar. Hətta əksər ölkələr-
də belə bir fikir formalaşıb ki, cəmiyyətin bütün sahələrində
kişi və qadın əməyi qeyri-rəsmi qaydada bölüşdürülüb; belə
ki, əksər idarəetmə sahələri, o cümlədən siyasətlə məşğul
olmaq, kişilərin “vəzifəsinə” daxildir, lakin təhsil, səhiyyə
və s. kimi “yüngül” sahələr “qadın işidir”. Bu cür “əmək
bölgüsü” az qala bütün dünyada mövcuddur.
Qadın və kişi əməyinin, vəzifəsinin, geniş mənada
davranış normalarının kəskin “antoqonist” qütblərə bölün-
məsi həm də cəmiyyətin mədəniyyət sisteminin konkret
məsələlərə nüfuz etmə qabiliyyətinin formalaşmaması, mə-
dəniyyət faktorunun ictimai-siyasi həyatın atributuna çev-
rilməməsi ilə bağlıdır.
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
83
Mədəniyyət elə bir sistemdir ki, cəmiyyətin ayrı-ayrı,
lokal sahə və ukladları yalnız onun (mədəniyyətin) vasitə-
silə nizama düşür, fəaliyyət göstərir. İnstitusional təsisatla-
rın zəif fəaliyyət göstərdiyi sahələrdə (və eləcə də dövlət-
lərdə) mədəniyyət bir bütöv sistem kimi təsir göstərə bil-
mir, hakimiyyətin və ideologiyanın əlavəsinə çevrilir. Bu
cəhətdən keçmiş sovet məkanında mədəni-etik baxışların
formalaşması qanunauyğunluğu diqqəti cəlb edir.
Sosializm cəmiyyətində qadın və kişilərin hüququ qa-
nunlar çərçivəsində eyni dərəcədə qorunursa da, real hə-
yatda vəziyyət başqa cür idi. Mövcud “planlı” cəmiyyət-
də şəxsi-fərdi qabiliyyətlərdən daha çox, “planlı” inkişafa
diqqət yetirilirdi. Kişilərlə yanaşı qadınlar parlament və
hakimiyyətdə, partiya və sovet orqanlarında təmsil olunur,
lakin həmin dövrdə qadınların şəxsi keyfiyyət və bacarı-
ğı deyil, hansı sosial zümrəyə, peşə və sənətə sahib olması
önəmli sayılırdı. Məsələn, irəli çəkilən qadınlar arasında ki-
min hansı statusu “daşıması” təbii yox, süni metodlarla həll
edilirdi. Kimin hansı “pillədə” dayanması “yuxarıların”
tapşırığı ilə müəyyənləşdirilirdi. Kənd təsərrüfatı işçiləri
üçün (aqronom, sağıcı, çoban və s.) ayrılan “yerə”, fəhlə
sinfinin, sənaye işçisi nümayəndəsinin qarışmasına imkan
verilmirdi. Eləcə də qadın və kişi deputatlarının kəmiyyəti
əvvəlcədən müəyyənləşdirilirdi.
Əlbəttə bu gün belə bir “planın” mövcudluğu müm-
kün deyildir. Lakin təəssüf doğuran faktdır ki, Azərbaycan
Milli Məclisində 2000-2005-ci illərdə qadınlar 125 yerdən
cəmi 5-ni tutmuşlar; bu isə cəmi 12 % təşkil edir. Halbuki
ölkə əhalisinin yarıdan çoxu qadınlardır. Ali təhsilli əha-
linin 40 %-ni qadınlar təşkil etdiyi halda, dövlət struktur-
|