Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə69/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   65   66   67   68   69   70   71   72   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
80
edən həmin anlayış elmi ədəbiyyata ingilis filosofu İ.Ben-
tam tərəfindən gətirilmişdir. İqtisadçılar həmin termindən 
bu və ya digər rifahın üstünlüyünü ifadə etmək üçün inter-
pretasiya edirlər (178: 313).
Necə deyərlər, marksizmə istinad edən feministlər qa-
dınların istismarının əsas mənbəyi kimi kapitalizm və pat-
riarxal qayda-qanunları götürürlər. Əksər hallarda isə, belə 
bir mülahizə əsas götürülür ki, patriarxallıq və kapitalizm 
kişilərin nəzarəti altında olduğuna görə qadınlar istismara 
məhkumdurlar. 
Neoklassik yanaşmanın əsas nümayəndələrindən biri 
Henri Bekker “iqtisadi gender” barədə geniş tədqiqat apar-
mışdır. H.Bekker ailə daxilində gender bölgüsünə xüsusi 
diqqət yetirərək yeni anlayış “insan kapitalı” anlayışını gə-
tirmişdir (173: 330). Məhdud mənada bu anlayışa - təhsil və 
professional kvalifikasiya daxildir. Bekker belə hesab edir 
ki, qadın və kişi nikaha girməklə bir növ yeni bazar müna-
sibətləri yaradırlar. Nikah nəticəsində spesifik ailə kapitalı 
yaranır ki, buraya da uşaqlar, ətrafdakı adamların nəzərində 
reputasiya, anlaşma, sağlamlıq və s. daxildir. Bu cür kapita-
lın əsas hissəsi təzədən (təkrar) yaranan nikah ittifaqına av-
tomatik ötürülə bilməz. Məhz buna görə də yeni bağlanan 
nikahların pozulması ehtimalı çox olsa da, zaman keçdikcə 
bu cür ehtimal azalır. 
H.Bekker genderə görə bazar diskriminasiyası məsələ-
sinə də toxunaraq qeyd edir ki, bütün iş sahibləri (sahibkarlar) 
adətən diskriminasiyaya meyilli olurlar; onlar öz şəxsi maraq 
və zövqlərindən asılı olaraq, bu və ya digər qrupların iş şə-
raitini yaxşılaşdıra, maaşlarını yüksəldə bilərlər. İş sahibinin 
genderə görə diskriminasiyaya meyilliyi nəticəsində qadın və 
kişilərin maaşları arasında fərqlər də artır (173: 330).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin