Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə80/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   76   77   78   79   80   81   82   83   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
93
dent, parlament və bələdiyyə seçkilərində qadınlar xüsusilə 
fəallıq göstərirlər, lakin bu prosesdə də ədalət prinsipinin 
gözlənilmədiyi üzə çıxır: a) qeyd edildiyi kimi, yüksək 
orqanlara qadınların namizəd kimi irəli sürülməsi və seçil-
məsi qeyri-qənaətbəxşdir; b) qadınların seçkilərdə iştirakı-
na bir çox hallarda (hətta, məişət səviyyəsində) maneçilik-
lər törədilir. 
Qeyd olunan ikinci hala əksər vaxtlar kənd yerlərində 
təsadüf olunur. Seçki məntəqələrinə gedən ərin öz arvadı-
nın əvəzinə qutuya bülleten atıb “səs vermək” istəyi elə də 
nadir hadisələrdən deyil. Qadının öz fikrini açıq şəkildə ifa-
də edə bilməməsi günümüzün reallığı olsa da, bəzən ədalət-
sizlik kimi deyil, adət-ənənə kimi qiymətləndirilir ki, bu da 
kökündən səhv yanaşmadır. 
Feminizm və feminist nəzəriyyə sayəsində gender mü-
hüm əhəmiyyətə malik sosial faktor kimi tanınmaqdadır. 
Sosioloq M.Vintersin qeyd etdiyi kimi, həqiqətən də, sek-
sual fərq bu gün çoxları tərəfindən ictimai, sosial bir hadisə 
kimi qəbul edilir. Feminist alimlər genderin daha anlaşıqlı 
olması üçün böyük işlər görmüşlər... (329: 158). Bəzi fe-
ministlər gender haqqında nəzəriyyəni inkişaf etdirərkən 
qadınlar arasında sinfi, dini, yaş və etik fərqlərin böyük öl-
çüsünü nəzərə almadıqlarına görə tənqid edilmişlər. Belə 
tənqidlər bizi tədqiqat haqqında məlumatlandırsa da, arqu-
mentlərinmizi inkişaf etdirsə də, onlar bizim diqqətimizi 
genderin özünün əhəmiyyətli faktor olması fikrindən ya-
yındırırlar.
Qadınların ənənəvi ailələrdə yaşayıb-yaşamamasından, 
onların genderləşmiş təbiətindən və onları əhatə edən ideo-
logiyadan asılı olmayaraq, həm keçmişdə, həm də indi bü-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
94
tün qadınlar bu və ya digər dərəcədə təsirə məruz qalmışlar. 
Bunu danmadan və təsiri azaltmadan deyə bilərik ki, gender 
faktoru müxtəlif yarımqruplara müxtəlif ölçüdə və müxtəlif 
yollarla təsir edə bilər.
S.M.Okin tədqiqatlarında qeyd edir ki, bir cəmiyyət 
olaraq biz öz demokratik dəyərlərimizlə fəxr edirik. Biz 
inanmırıq ki, insanlar anadangəlmə fərqlərinə görə sıxış-
dırılmalıdırlar. Bəziləri əldə etdikləri arzu olunan pozisiya 
nüfuzuna görə və ya öz var-dövlətlərini artırdıqlarına görə 
fərqlənirlər. Düzdür, imkan bərabərliyi bizim əsas açıq 
məqsədimizdir. Konstitusiya ədalətin mühüm şərəf olduğu-
nu, ümumi rifah və azadlığın, xoşbəxtliyin vacibliyini qeyd 
edir və göstərir ki, bu azadlıq və ədalət hər kəs üçün olma-
lıdır (316).
Bəzən yeniyetmə və cavanlar “əxlaq” deyərkən elə 
“seksual əxlaq”ı nəzərdə tuturlar və bu ifadələri ekvivalent 
kimi işlədirlər. Bütün həyatımız boyu bizim seksual identi-
fikasiyamız və əlaqələrimiz xoşbəxtliyimizin və özümüzü 
dərk etməmizin mərkəzində durur. Sosial rollarda habelə 
ər, arvad, sevgili, ata, ana-bizim qəbul etdiyimiz ən mühüm 
ətrafımız olaraq qalır. Bizim fəaliyyətimiz seksual əlaqələr 
konktekstində digər insanlara hər şeydən çox təsirli görünə 
bilər. Biz ya bir kəsi xoşbəxt edər, ya da kiminsə ürəyini 
qıra bilərik.
XX əsrin ən mütərəqqi filosoflarından biri hesab edilən 
Bertrand Rassel seksual əxlaqın liberallığından bəhs edir. 
O, seksual əxlaq üzərində qoyulan ənənəvi qadağaları 
tənqid edir və göstərir ki, elə əxlaq qaydaları haqda qay-
dalardır ki, onlar da insan xoşbəxtliyinə təkan verir. Rassel 
kəbindən əvvəl və kəbindən xaric seksual əlaqələri qəbul 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin