Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə88/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   84   85   86   87   88   89   90   91   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
103
qadın mənsub olduğu mühit və təbəqə tərəfindən pis qarşı-
lanır, bu cür qadınlar haqqında mənfi fikir formalaşdırılır. 
Adətən öz ocağını tərk edib xarici ölkələrə üz tutan qadınla-
rı, öz yaxın ətrafı belə yüngül yolla pul qazanmaq arzusuna 
düşən qeyri-ciddi hərəkət sahibi kimi qiymətləndirirlər. 
Milli mədəniyyətin davranışlara təsir göstərən əsas 
amilləri bunlardır:
tərbiyə;
təhsil;
iqtisadiyyat;
asudə vaxtdan istifadə;
din və əxlaq;
siyasət və hüquq.
Fərdi və kollektiv şüurun müəyyən səviyyəsi, onun 
dünyanı dərk etməsi ilə sıx bağlı olan mentalitet, adət-
ənənə, mədəniyyət, sosial strukturla əlaqədar meydana gə-
lir və tarixi-mədəni dinamikaya əsaslanır. Məhz mentallıq 
fərqinə görə bir xalq üçün münasib olan hal, digər bir xalq 
tərəfindən qəbul edilmir. Bu hal təkcə adət və ənənələrlə 
deyil, həm də istehsal proseslərinin mübadiləsində də üzə 
çıxır. Məsələn, ötən əsrin 50-ci illərində yapon firmala-
rının tətbiq etmək istədikləri “amerikasayağı” - yüksək 
əməyə görə yüksək əməkhaqqı prinsipi özünü doğrultma-
dı; elə Amerika istehsalçılarının 1970-ci illərdə həyata ke-
çirmək istədikləri “yaponsayağı” yenilik, “keyfiyyət dər-
nəkləri” də iflasa uğradı. Soz yox ki, burada mentalitetin 
rolu az deyildir. 
Qadınların reproduktiv və seksual azadlığının əsasın-
da belə bir prinsip dayanır ki, hər bir qadın öz bədəninin 
sahibidir. Hələ XVII əsr ingilis burjua inqilabının əsas 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
104
müddəlarından biri qadın azadlığı ilə bağlı idi. Sonra-
kı mərhələlərdə feministlər həmin şüar və prinsiplərdən 
gen-bol istifadə etmişlər, lakin araşdırmalar göstərir ki, 
hüquqi və sosial emansipasiyanı qətiyyən bir-biri ilə qa-
rışdırmaq olmaz, çünki qadının öz bədəninə sahib olması 
onun cəmiyyət qarşısında daşıdığı məsuliyyət yükünü heç 
də azaltmır. Filosof Y.A.Baldayevanın qeyd etdiyi kimi, 
“reproduktiv hüquq”, “reproduktiv azadlıq” və “repro-
duktiv seçim” kifayət qədər ambivalent və problema-
tik anlayışlardır (237: 450). Məsələn, elə qadının “abort 
hüququna” malik olması cəmiyyət və qanunlar tərəfindən 
birmənalı qarşılanmır. Bu məsələnin etik və hüquqi tərəf-
dən başqa siyasi mahiyyəti də vardır. Deməli, bəzən qa-
dının zahirən “fərdi”, “şəxsi” mahiyyət kəsb edən hərəkət 
və davranışları onun sosial cavabdehliyi ilə üst-üstə düş-
məyə bilər. 
Azərbaycan ailəsi özünün bir sıra mental xüsusiyyət-
lərinə görə başqa millətlərə məxsus ailələrdən fərqlənir. 
Zahirən azərbaycanlı ailəsində patriarxal qayda-qanunlar 
üstünlük təşkil edir, amma bu əslində, “zahiri effekt” da-
şıyır. Ailədə təkcə “kişi kultu” yox, həm də “qadın kultu” 
mövcuddur. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda qadınların 
“statusu” və qadınlara münasibət heç də bütün ailələrdə 
konkret, birmənalı səciyyə daşımır. Daha çox imkana və 
intellektə malik ailələrdə bir növ “Avropa tərbiyəsinə” üs-
tünlük verilir. Bu cür ailələr uşaqların (o cümlədən qız-
ların) tərbiyəsində sərbəstliyə üstünlük verirlər. Nisbətən 
aztəhsilli, ənənələrə möhkəm tellərlə bağlı olan ailələrdə 
“Şərq tərbiyəsinə” meyillilik qabarıq hiss olunur. Lakin 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin