Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 105 bütün bunlarla yanaşı azərbaycanlı ailəsi üçün xarakte-
rik olan cəhətlər də mövcuddur. Filosof Həsən Quliyevin
qeyd etdiyi kimi, bu cür ənənəvi ailələrdə qız uşağı dün-
yaya göz açan andan sanki “mənəvi nəzarət” altına düşür.
Hətta evin içində belə onun “həyat zonası” müəyyənləş-
dirilir: onun kişilərin dincəldiyi qonaq otağına girməsi
qadağan olunur. Onun hər bir hərəkəti böyüklərin diqqət
mərkəzində olur. Bu cür tərbiyə nəticəsində valideynlər və
qız arasında sanki gizli bir konsensus yaranır. Əgər han-
sısa bir səbəbdən qıza ərə getmək nəsib olmursa, o evdə
neqativ enerji daşıyıcısı hesab olunur. Qız anlayır ki, öz
uşaqlığından nə qədər gec ayrılsa bu onun gələcək həyatı
üçün maneəyə çevrilə bilər. Qız uşağı ərə gedəndən sonra
çox tezliklə onun həyatında yeni bir mərhələ başlayır: o
dərk edir ki, artıq uşaq deyil, uşaq doğmalı, ev sahibəsi ro-
lunu yerinə yetirməlidir. Onun qızlıq dövrünün müddəti az
olduğu üçün gəlinə çevrildikdən sonra öz valideynlərinə
daha çox bağlanır, sanki o realizə olunmamış uşaqlığını
yenidən geriyə qaytarmaq istəyir.
Artıq ana olan qızlarda yeni keyfiyyət ortaya çıxır, on-
lar ailənin əsas simasına çevrilirlər. Bir sözlə, qadın olma-
dan ailə həyatının hormoniyası, habelə ailə kosmosu olma-
dan normal ailə həyatı mümkün deyildir (207; 44-48).
Hələ Sovet İttifaqının mövcud olduğu illərdə gender ni-
zamı ziddiyyətli səciyyə daşıyırdı. Qadın və kişinin mütləq
bərabərliyini iddia və təsbit edən hüquqi sənədlər əslində
deklorativ prinsiplərdən o yana gedə bilmirdi. Özünün 70
ildən artıq mövcud olduğu bir dövrdə SSRİ-yə daxil olan
müttəfiq və muxtar respublikaların heç birində heç bir za-
man 1-ci şəxs qadın olmamışdır. Siyasi Büro üzvləri, nazir-