təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdətutulur.
M a d d ə 2 . Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi
fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan
Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən
edilir.
M a d d ə 3 . Qanunun təyinatı
Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. M a d d ə 4 . Məlumat münasibətlərinin subyektləri
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir. M a d d ə 5 . Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri (Əzbər)
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
məlumat azadlığının təmin edilməsi; məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı; məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi; hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması; şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması. M a d d ə 6 . Məlumatın əldə edilməsi üçün təminatlar (Əzbər)
Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə; dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin