3
Esed_muellim_rustemli
051-395-94-95
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni
Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış,
1995-ci il noyabrın 12-də
ümumxalq
səsverməsində (referendumda) qəbul edilmişdir.
1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci il avqustun 24-də
ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
dəyişikliklərlə.
2009-cu il martın 18-də
ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
əlavə və dəyişikliklərlə.
2016-cı il sentyabrın 26
-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş
əlavə və
dəyişikliklərlə.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks
olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin
edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək,
keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren
hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət
qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini
təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-
amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu
Konstitusiya qəbul edilir.
Dostları ilə paylaş: