uşaqların borcudur . 18 yaşına çatmış əmək
qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa
borcludurlar. M a d d ə 3 5 . Əmək hüququ I.
Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçmək hüququ vardır.
III.
Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri
sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa
məcbur edilə bilməz. V.
1)Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb
etmək,
2) hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək,
3)fövqəladə vəziyyət zamanı və
4)hərbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol
verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə
dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
az olmayan haqq almaq hüququ vardır.
VII.
İşsizlərin dövlətdən
sosial müavinət almaq hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün
bütün imkanlarından istifadə edir.
M a d d ə 3 6 . Tətil hüququ I. Hər kəsin
təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda
məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və
mülki şəxslər tətil edə bilməzlər.
III. Fərdi və kollektiv əmək mübahisələri
qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,