tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır.
M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət
müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən
səhiyyənin bütün növlərinin inkişafı
üçün zəruri
tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir,
tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər
qanun əsasında
məsuliyyətə cəlb edilirlər.
M a d d ə 4 2 . Təhsil hüququ I
. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə
dövlət tərəfindən nəzarət edilir.
IV.
Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət
verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
M a d d ə 4 3 . Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
M a d d ə 4 4 . Milli mənsubiyyət hüququ I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
M a d d ə 4 5 . Ana dilindən istifadə hüququ I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq,
yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II.