şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. M a d d ə 3 2 . Şəxsi toxunulmazlıq hüququ I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin
şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan
başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz
müdaxilədən müdafiə hüququ vardır.
III.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın t
oplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın
sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan və ya
cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla
bilər.
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və
həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv
edilməsini) tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla , üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq