Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan
əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə
tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
M a d d ə 88. Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi
88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının
bütün ərazisində məcburi qüvvəyə
malikdir.
88.2. Normativ hüquqi aktların qüvvəsi,
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla
, Azərbaycan Respublikasının
vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan
əcnəbi vətəndaşlara və
vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
M a d d ə 89. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi
89.0.
Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
89.0.1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
89.0.2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası
və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
89.0.3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
M a d d ə 92. Normativ hüquqi aktların icrasına nəzarət
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və
müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir.