Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir .
2.10.
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən edilir .
M a d d ə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi 3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə
qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi
aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun
müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları; 3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları; 3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; 3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları; 3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar .
M a d d ə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi 4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
130
Esed_muellim_rustemli
051-395-94-95
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin