qərarları; 4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; 4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları; 4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları; 4.1.5. Milli Televiziya və Radio Şurasının qərarları; 4.1.6. yerli özünüidarə orqanlarının qərarları; 4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları .
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. 4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və
onun müvafiq normasına istinad etməlidir. 4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna
olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. IV fəsil NORMATİV HÜQUQİ AKTLARIN NÖVLƏRİ M a d d ə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları 17.1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.
17.2. Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II
hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla
tənzimlənir.
17.3. Azərbaycan Respublikası
Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
M a d d ə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları 18.1. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.
18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və