90
Esed_muellim_rustemli
051-395-94-95
22.1. Elektron sənəd
ümumi və xüsusi
hissələrdən ibarət quruluşa malikdir.
22.2. Elektron sənədin
məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində
qeyd edilir.
22.3. Elektron sənədə əlavə edilən
elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron
sənədin xüsusi hissəsində
qeyd olunur.
M a d d ə 2 3.
Elektron sənədin təqdimat formaları
23.1. Elektron sənəd
daxili və xarici
təqdimat formalarına malikdir.
23.2. Elektron sənədin
verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır.
23.3. Elektron sənədin
verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə
(displeydə, kağızda və s.)
əyani qavranılan (vizual) şəkildə
əks etdirilməsi onun xarici təqdimat formasıdır
.
M a d d ə 2 4.
Elektron sənədin əsli
24.1. Elektron sənədin əsli yalnız
daxili təqdimat formasında ola bilər.
24.2. Elektron sənədin
daxili təqdimat formasında
bir-biri ilə eyni olan bütün nüsxələri
əsl hesab edilir
və bərabər hüquqi qüvvəyə malikdir.
24.3.
Elektron sənədin elektron formada surəti ola bilməz.
24.4.
Dostları ilə paylaş: