96
Esed_muellim_rustemli
051-395-94-95
17.3. sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin
ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Təhsil
Nazirliyinin _________________ (struktur bölməsinin rəhbəri) cənab ________);
17.4. məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin
nömrəsi) tam şəkildə göstərilir.
Sənəddə dörddən çox ünvan olmamalıdır
. Sənəd dörddən çox ünvana göndərilərkən
göndəriş
siyahısı
tərtib edilir və hər sənəddə yalnız bir ünvan göstərilir.
18. Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və
keyfiyyətlə yerinə yetirilməsi
bilavasitə icraçının
vəzifəsidir.
19. Sənədin
imzalanmasının və ya təsdiq edilməsinin
tarixi sənədin tarixi hesab edilir.
Sənədin tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur
.
Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri
eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.03., 15.12.2003-cü il və ya 15 dekabr 2003-
cü il).
20.
Sənədin qeydiyyat nömrəsi
işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra
nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və
tarixdən əvvəl əks etdirilir.
Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd
nömrələri onların nömrələridir.
21.
Dostları ilə paylaş: