inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 6 1 . Hüquqi yardım almaq hüququ I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım
ödənişsiz , dövlət hesabına göstərilir.
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
M a d d ə 6 2 . Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
M a d d ə 6 3 . Təqsirsizlik prezumpsiyası I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir
şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna
əsaslı şübhələr varsa , onun təqsirli bilinməsinə
yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs
özünün təqsirsizliyini sübuta yetirməyə borclu
deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən
qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna
bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
M a d d ə 6 4 . Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi