Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir. M a d d ə 1 3 5 . Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi I. Naxçıvan Muxtar Respublikasının
qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi ,
icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir .
II. Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində , Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində , Naxçıvan Muxtar
Respublikasının
məhkəmələri isə Azərbaycan Respublikası
Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər .
M a d d ə 1 3 6 . Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədridir. M a d d ə 1 3 7 . Naxçıvan Muxtar Respublikasının Ali Məclisi I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir. II. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin səlahiyyət müddəti 5 ildir. III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədrinin və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir. M a d d ə 1 3 8 . Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm, mədəniyyət.
II.