41
Esed_muellim_rustemli
051-395-94-95
Heç kəsə
bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya
imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam
müsadirəsinə yol verilmir.
Heç kəs
zorla evləndirilə (ərə verilə) bilməz.
Heç kəs
zorla işlədilə bilməz.
Heç kəs
əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Heç kəs
ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya
zərər vura bilməz.
Heç kəs
milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
Heç kəs
ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Heç kəsə
işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz
qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr
aparıla bilməz.
Dostları ilə paylaş: