Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 22.7. Dövlət qulluqçusuna qulluq stajına görə
xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq
qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. (qanunvericilik aktı—“Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanı”). Haqqın məbləği qanunvericiliklə müəyyən
edilir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri , Azərbaycan Respublikasının
Baş naziri və onun müavinləri , Naxçıvan Muxtar Respublikasının
Baş naziri və onun müavinləri , Azərbaycan
Respublikası
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri , Naxçıvan Muxtar Respublikasının
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı)
vəzifələrini tutan şəxslərə də şamil olunur.
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan
Respublikasının
müvafiq Qanunu ilə müəyyən edilir.
22.9 . Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur. “M a d d ə 2 2 -1. Dövlət qulluqçusunun əlavə təhsili 22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili
fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla , peşə-ixtisas
təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və
sınaq müddətinə qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir.