Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə109/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   105   106   107   108   109   110   111   112   ...   115
C fakepathmuhazire esas (1)

Cari aktivlər : 
- Nağd pullar və bank depoziti 
- Debitor hesabları (ümidsiz borcların silinməsi üçün ehtiyatlar)
- Digər qısa müddətli veksellər və debitor hesabları
- Mal ehtiyatları xammal, başa çatdırılmamış istehsal, hazır məhsullar və istehsal 
üçün digər lazım olan vəsaitlər 
Qısa müddətli öhdəliklər:


-Kreditorlara verilməsi üçün hesablar
-Veksellə ödəniş
-Ödəmə müddəti çatmışlar üzrə ödənişlər, istiqrazlar və digər uzunmüddətli 
öhdəlik-lər, hansı ki, onların ödənməsi cari ildə başlayır
-Dividentlər, hansı ki, səhmdarlar nağd pulla ödəməyə məcburdurlar 
 
Beləliklə, menecmentin funksiyası mal dövriyyəsinin cari edilməsi üç 
vəzifənin həll edilməsinə səbəb olur: pul vəsaitlərinin daxil olmasını 
sürətləndirmək; kredit verənlərlə hesab vaxtının uzadılması; azad olmuş malın 
yerinə mal qoyulması. 
 2.Françayzinq 
Françayzinqin əsl çiçəklənməsi 1850- ci illərə təsadüf edir. Bu illər bir sıra iri 
şirkətlər, məsələn, «Zİnger» öz məhsullarının bütün ABŞ-ın ərazisində satılması 
hüququnu kiçik biznesə həvalə edir. O vaxtlar paltartikən maşınları mağazadan 
almırdılar və istehsalçı - «aqressiv» satışa əl atırdı. Satıcı alıcının evinə gəlir, malın 
üstünlüklərini əyani surətdə nümayiş etdirirdi. Nə qədər ki, «Zinger» şirkətinin 
kommivoyajer (vasitəçi) tutmağa maddi imkanı yox idi, onun sahibi müəyyən 
ərazidə paltartikən maşınların satış hüququnu (dilerlərə) müstəqil satıcılara satmağı 
qərarlaşdırdı. Diler bir paltartikən maşın üçün şirkətə 60 dollar ödəyir, özü isə 125 
dollara satırdı. Bunun sayəsində bir neçə il ərzində yüzlərlə diierlər varlandılar. 
«Ceneral Motors» şirkəti də bundan geri qalmayan françayzinq sistemi yaratdı. Hal-
hazırda ABŞ-da ümum milli məhsulun 13%-i françayzinq şəbəkələri ilə yaradılır. 
ABŞ ticarət nazirliyinin məlumatına əsasən françayzinq sistemi ilə işləyən 
şirkətlərin əmtəə və xidmət satışı son 12 il ərzində hər ay 10% artır. 
Öz mahiyyəti etibarı ilə françayzinq qarşılıqlı bir tərəfdən (əmtəə və xidmət 
bazarında parlaq ifadə olunmuş imic və şöhrətə malik şirkət) o biri tərəfə (şirkət və 
ya fərdi mülkiyyət sahibkarları) öz vasitələrinin istehsal etdiyi fərdiləşmiş əmtəəni, 
görülən işi və göstərilən xidməti (əmtəə nişanı və ya firma üslubu xidmət nişanı) 
biznesin aparılması texnologiyası və başqa kommersiya məlumatları əvəzli təhvil-
təslim edir ki, bu da o tərəfin əmtəə bazarında böyüməsini və möhkəm yer tutmasını 
təmin edir. Verən tərəf biznesin dirçəiməsinə təsir etməyi, texniki və məsləhət 


köməyini göstərməyi öhdəsinə götürür. Françayzinqdə aşağıdakı əsas əlamətlər və 
xüsusiyyətlər xarakterikdir:
- Françayzinq iki tərəfin «Françayzer» və «Françayzi» arasındakı saziş şərtlərini əks 
etdirir. 
- Françayzer müstəsna hüquqlara malik olur: əmtəə nişanı, firma üslubu, patent, 
ideya, müəllif hüquqlarına və başqa bu kimi hüqulara malik olur. Rusiya 
terminalogiyasına görə françayzer hüquqa malik olan deməkdir. 
- Françayzer hüquqa malik olmaqla, müəyyən şətlər daxilində öz hüquqlarını 
françayziyə verir. Françayzi öz fəaliyyətini Françayzerin əmtəə nişanı altında aparır. 
Əmtəə bazarında (iş və xidmət) onun ad-sanından istifadə edir, öz üslubunu 
Françayzer ilə eyniləşdirir. 
- Françayzer tək halda çıxış edir, sazişdə işləyən hüquqla təmin olunmuş 
Françayzilər bir neçə dənə ola bilər, daha dəqiq mahiyyətcə eyni metodla işləyən 
şəbəkələrdir. Françayzinq sazişi yüksək etikalı iş münasibətlərini əks etdirib, 
piramida formalı münasibətləri istisna edir, yəni distribüter şəbəkələrinin 
genişlənməsinə və satışına imkan verilmir. Françayzinqin mahiyyəti öz biznesini 
aparmaq, şəbəkələrin mahiyyəti - şəbəkə hissələrinin satışı və daha çox iştirakçının 
cəlb olunmasıdır. 
- Françayzer, françayzinin uğurlu biznesini təmin etmək üçün müxtəlif formalarla 
dayaq göstərir, françayzinin iqtisadi və hüquqi müstəqilliyinə xələl gətirmədən onun 
bazar öz fəaliyyətini idarə etmək hüququndan istifadə edir. 
- Françayzerin hüququndan istifadə və göstərdiyi dəstəyə görə françayzi bütün 
haqları ödəyir.
- Françayzer sazişi fərdi xarakter daşıyıb, fəaliyyət şərtlərindən, françayzerin 
yürütdüyü siyasətdən asılı olur və başqa sistemlərə tiraclanmır. 
Qarşılıqlı inam - müvəffəqiyyətin əsasıdır. Françayzi dəqiq bilməlidir ki
yüksək keyfiyyətli mal, yüksək keyfiyyətli xidmət həyata keçirir və ona görə də 
professionaldır, rəqabət aparmaq qabiliyyətindədir. Əmtəə və xidməti 
təkmilləşdirməklə françayzer təkcə nail olduğu bazar seqmentini saxlamaq üçün 
deyil, həmçinin inamı uğrunda da mübarizə aparır. 


Nə qədər ki, françayzerin əsas məqsədi satışın həcmini artırmaqdır, 
şəbəkələrin effektiv reklamla təhciz olunması vacib funksiyalardan biri sayılır. 
İki kriteriyə görə françayzinin bir neçə müxtəlif növünün təsnifatı mövcuddur:
1) Françayzer françayziyə satış üçün əmtəəni hansı şəkildə təqdim edir, yəni əmtəə 
istehsalı hansı mərhələdə françayzinin əlinə keçəcəyinin təyin edilməsinə görə;
2) Françayzer və françayzi arasındakı münasibət nə cür qurulacaq, daha doğrusu 
franşiza müştərisinə hansı güzəştlərin təqdimatına görə.
Birinci kriteriyə tarix boyu bir-birini əvəz edən dominant forma kimi əmtəə, 
istehsal, işgüzar françayzinq aid edilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin