Vençur kapitalı aşağıdakı sxem üzərində hərəkət edir. Vençur kapitalisti
müvafiq kompaniya yaradaraq investorlardan pul yığımı təşkil edir. Sonra sahibkar
və cəlbedici biznes layihəsi axtarışı aparır. Müvafiq layihə ekspertizasından sonra
investora nizamnamə fondu və ya səhmlər paketi müqabilində, bir neçə ii müddətinə
mübadilə zəminində fəaliyyət təklif olunur. Burada vençur
kapitalisti investor və
sahibkar arasında bir növ vasitəçi rolunu oynamış olur. Burada tərəflər riski
bölüşdürür, uğur perspektivində isə mənfəət sahibinə çevrilirlər. İnvestorlar burada
prosesin idarəedici funksiyasını da öz üzərlərinə götürə bilərlər. Qeyd olunmalıdır
ki, belə fəaliyyət, adətən, məhdud zaman kəsiyində yüksək risk və mənfəət üçün
hesablanır. Vençur kapıtalı xüsusi investisiya növü olaraq 3-5
illik mərhələdə
strategiyasını qurur.
Ümumilikdə, vençur kapitalı elmi-texniki işləmələrin kommerilizaslyasının
sürətləndirilməsinə xidmət edir. Belə bir fikir hakim kəsilmişdir ki, məhz vençur
biznesi mühəndis dühasının, alim potensialı və istedadının tam dövriyyədə hərəkəti
üçün biznes fəaliyyətində yeganə və doğri bir istiqamətdir.
Daha çox ehtiyacları olan kimi və orta sahibkarlığın inkişafına
sərmayə
qoyuluşunda potensial investorlar risk baxımından çətinlik çəkirlər. Kifayət etməyən
məlumatsıztıq investisiyon riski artırır. Qeyd olunmalıdır ki, toplanan təcrübə
beynəlxalq aləmdə belə proseslərə yardımçı olan təşəbbüsləri artıq
gerçəkliyə
çevirmişdir. Kredit riskini azaltmaq məqsədilə inkişaf etmiş ölkələrdə müvafiq
ixtisaslaşmış
kredit agentlikləri, kontorları və yaxud daha çox kredit büroları
anlamında yayılmış qurumlar təşkil edilir. Belə bürolar vençur biznesinin inkişaf
etdirilməsində əhəmiyyətlidir. Müştərilər haqqında informasiyalar toplamaq, onların
kredit ödəmək qabiliyyətini müəyyənləşdirmək, hazırlanmış göstəricilər sisteminə
müvafıqliyini təyin etmək bu büroların iş qayəsinnin təməlində durur. İnvestorlar
kredit verməmişdən əvvəl məhz bu qurumlar vasitəsilə
müştərilərin ödəniş
qabiliyyətlililiyni müəyyənləşdirirlər. Müvafiq kredit büroları Rusiyada intişar
tapmaqdadır. Hətta burada uyğun mərkəzi təşkilatın yaradılması ideyası da
reallaşmışdır. Respublikamızda belə qurumların təşəkkülü, müddət tələb edən bir
prosesdir. Şübhəsiz ki, normativ-hüquqi aktların təkmilləşdirilməsi bu istiqamətdə
yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunaraq, ölkəmizin iqtisadi dirçəlişinə,
kredit risklərin azalmasına, sərmayələrdən rasional istifadəyə kömək edəcəkdir.