Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə94/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   90   91   92   93   94   95   96   97   ...   115
C fakepathmuhazire esas (1)

Birinci yanaşma minimum istehsal xərcləri ilə liderliyin ələ alınmastdır. Bu 
strategiya nəticəsində firma analoji məhsula daha aşağı qiymətlər qoyması hesabına 
bazarın böyük hissəsinə yiyələnə bilər. Belə strategiyanı reallaşdıran firmada istehsal 
ve təchizat səmərəli təşkil edilməli, müasir texnologiyası və mühəndis konstruktor 
bazası olmalıdır. Belə strategiyada marketinq xidməti yüksək səviyyədə inkişaf 
etdirilməyə de bilər.
İkinci yanaşma məhsul istehsalında ixtisaslaşma ilə əlaqədar strategiyanın 
işlənməsidir. Belə halda firma yüksək ixtisaslaşmış istehsalı həyata keçirməli və öz 
məhsulunun istehsalı üzrə lider olması üçün marketinqi də yüksək səviyyəyə 
çatdırmalıdır. Bu ona gətirib çıxarır ki, alıcı, hətta qiymət kifayət qədər yüksək olsa da 
həmin məhsulu seçir. Bu tip strategiyanı reallaşdıran frmaların yüksək potensialı, 
səviyyəli dizaynerləri, yüksək keyfiyyətli məhsul təminatı sistemi, habelə inkişaf etmiş 
marketinq sistemi olur.
Üçüncü yanaşma isə bazarda müəyyən seqmentə malik qurumlann 
strategiyasının müəyyən edilməsinə əsaslanır. Belə hallarda firma bütün bazarda deyil, 
özünün dəqiq müəyyən edilmiş seqmentində fəaliyyət göstərir və müəyyən növ 
məhsula bazarın tələbini aydınlaşdırır. Bu zaman müəyyən biznes qurumu xərclərin 
aşağı salınmasına cəhd edə bilər və ya məhsul istehsalının ixtisaslaşdırılması siyasətini 
yeridə bilər. Bu iki yanaşmadan qarşılıqlı istifadə də mümkündür. Ancaq üçüncü tip 
strategiyanın həyata keçirilməsi üçün tam vacibdir ki, firma bazarın müəyyən 
seqmentində hər şeydən öncə tələbatı təhlil etməklə öz fəaliyyətini təkcə bazarın 
tələbləri baxımından deyil, həm də müəyyən müştərilərin tələbatını nəzərə almaqla 
qurmalıdır.
Ən çox yayılmış, praktikada sınaqdan çıxmış və ədəbiyyatda geniş 
işıqlandırılmış biznesin inkişaf strategiyası etalon strategiyası adlanır. Bunlar biznes 
qurumlarının inkişafının müxtəlif yanaşmalarını ifadə edir. Etalon strategiyası məhsul, 


bazar, sahələr, sahə daxilində firmanın vəziyyəti və texnologiya ilə bağlıdır.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin