əhəmiyyət kəsb edir.
Başqa sözlə, bu fəaliyyətin vaxta görə bölüşdürülməsi
prosesidir, onun ayn-ayn elementlərini elə quraşdırmaq lazımdır ki,
qoyulmuş
məqsədə daha da effektiv və operativ şəkildə nail olmağa imkan versin.
Heyətin motivasiyasını gücləndirmək üçün əməyin ödənilməsi və
stimullaşdırılması sistemini yaxşı fikirləşmək lazımdır.
Müasir işgüzar fəaliyyət
təcrübəsi təsdiq edir ki, müəssisələrin
mənfəətli işlənməsinin, rəqabətdə davamlı
olmasının, istehlakçılara münasibətdə düzgün strategiyanın seçilməsinin əsas amili
heyət üzvləri arasında münasibətlərin səmərəli qurulması və motivasiya
mexanizmlərindən istifadə edilməsidir. Rəhbər işçi münasibətlərində və qrupdaxili
fəaliyyətdə müxtəlif maraq, əqidə və davranış üsulları olduğuna görə işçilər arasında
ən adi ünsiyyətin qurulmasının motivasiyaya təsiri labüddür. İnsan amili kimi bütün
səviyyələrdən olan işçilər səmərəli qarşılıqlı fəaliyyətdə olmalı
və müəssisənin
qarşısında duran məqsədləri həyata keçirmək üçün onları motivləşdirmək lazımdır.
Dostları ilə paylaş: