Müasir elmi ədəbiyyatda strateji planlaşdırmanın bir neçə xüsusiyyətlərini
fərqləndirirlər. İlk öncə, strategiyalar fiımaların rəhbərliyi tərəfindən işlənib hazırlanır
və müəyyən edilir. Lakin strategiyanın reallaşdırılmasında firmanın bütün idarəetmə
pillələri iştirak edir. «Kraysler» korporasiyasının yeni inkişaf istiqamətinin müəyyən
edilməsi və reallaşdırılması korporasiyanın başçısı Jakoka tərəfindən həyata
keçirilmişdir. «Kraysler»in yeni modellərinin populyarlılığı, marketinq fəaliyyətinin
genişləndirilməsi və sabit gəlirliliyin bərpa edilməsinə məhz strategiyanın düzgün
müəyyən edilməsi ve reallaşdırilması hesabına nail olunmuşdur.
İkincisi, strateji planın
konkret fərdin deyil, bütövlükdə firmanın perspektivi
baxımından işlənib hazırlanması zəruridir.
Üçüncüsü, strateji plan geniş tədqiqatların materiallarına və faktiki rəqəmlərə
əsaslanmalıdır. Müasir biznes aləmində uğurla rəqabət aparmaq üçün firmalar bazar,
sahə, rəqabət və digər amillər barədə iri həcmli informasiyanı toplamalı və təhlil
etməlidirlər.
Dördüncüsü, strateji planlaşdırma nəticəsində firmalar müəyyənlilik və fərdililik
xüsusiyyətlərini əldə edirlər. Bu xüsusiyyətlər firmalara müvafiq keyfiyyətlərə malik
olan işçiləri cəlb etməyə imkan verərək, geniş perspektivlər yaradır.
Nəhayət, strateji planlar elə işlənib hazırlanmalıdır ki, uzunmüddətlilik
baxımından bütövlülük xüsusiyyətlərinə malik olmaqla eyni zamanda, kifayət qədər
çevik olsunlar. Yəni ehtiyac otduğu halda onların
yenidən istiqamətlənməsi və
modernləşdirilməsi mümkün olsun. Bununla yanaşı, firmanın ümumi strateji planı
proqram xüsusiyyətlərinə də malikdir. Bu proqram uzunmüddətli bir dövr ərzində
firmanın fəaliyyətini istiqamətləndirməyə və işgüzar-sosial şəraitdə baş verən
dəyişiklliklər nəticəsində fəaliyyətdə müvafiq dəyişikliklərin edilməsinə imkan verir.
Strategiyanın işlənməsi, seçilməsi və reallaşdırılmasının mahiyyəti bir çox
aiternativlər sırasında məqsədəmüvafiq inkişaf istiqamətinin
seçilməsindən və
firmanın istehsal- təsərrüfat fəaliyyətinin həmin istiqamətə yönəldilməsindən ibarətdir.
Müasir şəraitdə inkişaf etmiş strateji planlaşdırma sistemi aşağıdakıları nəzərdə
tutur.
- firmanın faktiki idarəetmə strukturundan asılı olmayaraq strateji məqsədlər üçün
resursların ayrılması;
- hər bir strateji məqsəd üzrə idarəetmə mərkəzlərinin yaradılması;
- strateji məqsədlərə nail olması səviyyəsindən asılı olaraq struktur bölmələrin və
onların rəhbərlərinin qiymətləndirilməsi və stimullaşdırılması.
Strateji planlaşdırma prosesində firmanin ali rəhbərliyi səviyyəsində aşağıdakı
vəzifələr həyata keçirilir:
- firmanın strateji məqsədlərinin və missiyasının işlənib hazırlanması;
- firmanın resurslarının və imkanlarının qiymətləndirilməsi;
- marketinq fəaliyyəti sahəsində meyllərin və tendensiyaların qiymətləndirilməsi;
- perspektiv dövr üçün strategiyanın müəyyən
edilməsi;
- detallaşdırılmış operativ planların hazırlanması;
- proqramlar və büdcələrin işlənib hazırlanması;
- məqsədlər və planlar nəzərə alınmaqla müəyyən edilmiş meyarlar əsasında firmanın
fəaliyyətinin qiymətləndirilməsi.
Bu vəzifələrin həlli məqsədilə strategiyanın işlənib hazırlanması prosesində
aşağıdakı tədbirlər həyata keçirilir:
- qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün firmanın potensialının, resurslarının
və imkanlarının qiymətləndirilməsi;
- firmanın mövqelərini möhkəmləndirən daxili amillərin təhlili;
- baş verən dəyişikliklərə və yaranmış situasiyalara firmanın dərhal uyğunlaşmasını
tələb edən xarici mühit amillərinin təhlili;
- firmanın alternativ fəaliyyət istiqamətlərinin qiymətləndirilməsi və məqsədlərə nail
olmanı təmin edən optimal variantların seçilməsi;
- firmanın fəaliyyətinin və inkişafının uzunmüddətli planlarının
işlənib
hazırlanmasında əsas götürülmüş idarəetmə qərarlarının qəbul edilməsi.
Strateji planlaşdırma prosesinin mərhələləri şəkil 13.1-də verilmişdir.
Şəkil 13.1. Strateji planlaşdırma prosesi
Strateji planlaşdırma prosesi firmanın missiyasının (mission, mission statement)
formalaşdırılmasından başlayır. Missiya dedikdə firmanın məqsədlərinin və
prioritetlərinin qısaca, eyni zamanda dəqiq ifadə edilməsi başa düşülür. Firmanın
missiyası həm əməkdaşlarda və həm də müşahidəçilərdə, ilk öncə isə potensial və
hazırki müştərilərdə etimad hissini doğurmalıdır. Missiyanın formalaşdırılmasında
ictimai və ümumbəşəri dəyərlərlə firmanın daxili korporativ mədəniyyətinin vəhdətliyi
nəzərə alınmalıdır.
Dünya təcrübəsində missiyanın formalaşdırılmasına
dair standart yanaşmalar
mövcud deyildir. Təcrübə göstərir ki, missiyanın müəyyən edilməsi uzunmüddətli və
olduqca mürəkkəb bir prosesdir. Bu proses firmalarda korporativ mədəniyyətin
formalaşması, adət və ənənələrin yaranması, müvafiq təcrübənin toplanması ilə sıx
əlaqədardır.
Firmanın müəyyən etdiyi məqsədlər missiyanın dəqiqləşdirilməsinə xidmət
etməklə inkişaf istiqamətləri barədə dəqiq təsəvvür yaradır. Məqsədlərin qoyuluşunun
əsas vəzifəsi firmanın fəaliyyətinin qiymətləndirilməsi üçün müvafiq standartların
müəyyən edilməsindən ibarətdir.
Dostları ilə paylaş: