Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə105/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
110 
etməsinə səbəb olacaq və onlar fiziki, sosial hadisələri az 
fərqləndirəcəklər. 
İndividualist mədəniyyətlərdə isə uşağın diqqəti fiziki 
aktivliyin digər tərəfinə yönəldilir. Onun hərəkətləri hərəki aktların 
uğurlu nöqteyi-nəzərindən şərh olunur, digər insanlar isə bu 
aktların reallaşması üçün əhəmiyyətsiz olurlar. 
İndividualizm/kollektivizm dixotomiyası bir çox digər 
tədqiqatçıları da maraqlandırmışdır. Amerikalı antropoloq Hsyu 
amerikalıları və çinliləri müqayisə etmişdir. Onun fikrincə
amerikalıların bütün həyat tərzi ayrıca fərddə mərkəzləşdirilib, 
çinlilərin isə həyat tərzi daha çox situasiyalarda mərkəzləşdirilib.
Kollektivizm və individualizm mövzusunu Hofstedenin 
apardığı mühüm empirik tədqiqatlar zənginləşdirmişdir. O, öz 
tədqiqatlarını 50 ölkədə aparmış və nəticədə ən çox individualizmi 
ABŞ, Avstraliya, Böyük Britaniya vətəndaşları, ən az isə - 
Pakistan, Kolumbiya, Venesuela vətəndaşları nümayiş etdirmişlər. 
İndividualizmin əsas mənası odur ki, insan ictimai 
məqsədlərə deyil, öz şəxsi məqsədlərə müvafiq olaraq qərarlar 
qəbul edir və hərəkət edir. İndividualist mədəniyyətlərdə “Mən” 
müstəqil, qrupdan kənar da yaşaya bilən bir vahid kimi 
müəyyənləşdirilir, fərdləri isə sosial qavrayışın əsas vahidləri kimi 
qavrayırlar. İndividualistlər nuklear ailədən başqa bir çox qrupların 
üzvüdürlər. Onlar ailə üzvləri ilə az identifikasiya olurlar və 
onlardan o qədər də asılı olmurlar. Qruplar fərdlərin davranışlarına 
az təsir göstərirlər. Hətta valideynlər uşaqlarının dostların, işin, 
yaşayış yerinin seçilməsinə az təsir edirlər. Qrup daxilində 
mübahisə və münaqişələr münasib hesab olunur. Emosional olaraq 
individualistlər özlərini başqalarından ayırırlar və təkliyə 
meyllidirlər. 
İndividualist mədəniyyətin əsas dəyərləri əməllərində 
azadlıq, mülahizələrdə müstəqillik, əhatə üzərində hökmranlıq 
fərdə özünü hər bir mühitdə və ya təklikdə komfortlu hiss etməyə, 
başqalarından fərqlənməyə və müstəqil olmağa imkan verir.
İndividualist mədəniyyətlərdə davranış daha çox sosial 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin