ETNOPSİXOLOGİYA 250
öyrənməyə çalışırlar, lakin səfər etdikləri ölkələrin xalqlarının
nümayəndələri ilə çox az yaxınlıq qururlar. Onlara əcnəbilərlə
yaxınlıq etməyə etiket qaydaları, qürur, anlaşılmazlıq və yad
adətlərə hörmətsizlik imkan vermir. İngiltərədə heç nə xarabalığa
çevrilmir və heç nə öz istifadə müddətini keçmir: qədim yerlərin
yeniliklərlə əhatə olunub.
İngilis anadangəlmə macəra axtarışına meyllidir. Təbiətcə
fleqmatikdir və hər yeni, əzəmətli, original olanlarla həvəslə
maraqlanır. Əgər ingilisin həyatı yerli maneələrlə ağır mübarizə
aparmaqdan məhrum olarsa, o, dözülməz sarsıntıdan əziyyət
çəkəcəkdir. O zaman sıxıntıdan ən qəribə macəraları axtarmağa
başlayırlar.
İncəsənət sahəsində ingilis ilk növbədə, orijinallığı və
möhtəşəmliyi sevirlər. Bunu əsasən körpülərin iri ölçülərində,
parklarda, abidələrdə və s. görmək olar.
Müstəqillik, təhsillik, şərəf, düzgünlük və təmənnasızlıq, etik
qaydalara riayət etmək, zərif davranış, nəciblik, yaxşı iş üçün
vaxtını və pulunu qurban vermək, qarşıya qoyulan məqsədə çatmaq
üçün inadkarlıq, idarə etməyi və tabe olmağı bacarmaq, şöhrət-
pərəstliyin olmaması ingilislərin arzuladıqları ideal keyfiyyətlərdir.
İngilislər tarixən formalaşmış xarakteri olan unikal bir
xalqdırlar. İngilis adət-ənənələri bütün dünyada məşhurdur.
İngilislər ilk rastlaşdıqları insanlara öz emosiyalarını nümayiş
etdirmirlər. Onlar quru və hətta insanlardan aralı, məsafəli duran
insan təəssüratı bağışlaya bilər. Əslində bu əkstəsirdi. İngilislər çox
nəzakətlidirlər, məhz bu səbəbdən onlar emosiyalarını sürətli
şəkildə, anında bildirməyi sevmirlər.
Onlar hətta siznən razılaşmasalar da, çox incə şəkildə
deyəcəklər “Oh, I'm afraid it's impossible (Oh, qorxuram ki bu
mümkün olmasın)”. İngilislər heç vaxt qəti şəkildə “No” demirlər.
Hər bir işdə onlar incəlik və sağlam düşüncələrini qoruyub
saxlayırlar. Əgər bu ölkədən olan biri ilə münasibər qurursunuzsa,
hər zaman məntiqi düşünmək lazımdır. Məsələn, əgər onlar anlasa
ki, biznesdə 100% dürüst deyilsiz, həmin anda neqativ buraxır.