ETNOPSİXOLOGİYA 251
Belə olduğu hallarda ingilis incə gülüşüylə sizinlə əməkdaşlıq
münasibətlərini kəsə bilər. İngilislər hər zaman özlərini ələ ala bilir
və şərəfini uca tuturlar. İngilis adətləri özlüyündə ideal tərbiyə
qaydaları daşıyır.
İngilislər çox intizamlı və qaydalara riayət edən xalqdırlar.
Onlar çox pozitivdirlər. Ailə Böyük Britaniyada mədəni dəyərdir,
onlar vaxtlarını ailəsinin ətrafında keçirməyi sevirlər. Ənənəvi
ingilis evində çoxlu ailə şəkilləri vardır.
İngilis mədəniyyətində bağbançılıq əsl britaniyalının
həyatının əsas, ayrılmaz hissəsidir. Onlar sevimli hobbilərinə
ürəklərini və enerjilərini qoyurlar, ona görə də onların evlərinin
ətrafı səliqəli olur və baxan gözlərə xoş gəlir. Xüsusi qayğını
ingilislər yalnız bağda deyil, ev heyvanlarına da göstərirlər. Onlar
balaca heyvanlarının qeydinə qaldıqları üçün qürur duyurlar və
onları dəbli geyim və ya saç kəsimi ilə əzizləyirlər.
İngilislər əsasən rahat bağ evində sobanın yanında bazar
günlərini keçirməyi sevirlər. Böyük Britaniyanın istirahət günü
adətləri təmiz hava, barbekyu hazırlamaqla keçirməkdir. Piknikə
onlar xüsusi dəqiqliklə hazırlaşırlar, lazım olanları praktik və gözəl
şəkildə hazırlayırlar. Pikniki onlar şəhər parklarında, evlərinin
yaxınlıqlarında qururlar. Cambridge və Oxford kimi məşhur
universitetlərin tələbələri cütlüklər olaraq tənəffüslərin arasında
məmnuniyyətlə özlərinə piknik qururlar.
Şənbə günü ingilislər istənilən digər ölkələrin
nümayəndələrinin əksər hissələrində olduğu kimi keçirdir. Ev
işləri, idman zalı, qohum əqrəbaya baş çəkmək onların adətləridir.
İngiltərədə qidalanma adətləri. İngiltərənin yemək adətlərinə
gəldikdə onların da digər ölkələrin olduğu kimi kökündən qalan
yeməkləri vardır. İngilislərin əsas qida qəbulu səhər yeməyindədir.
Əsasən bekon (donuz əti), yumurta, tostlar və bir fincan qəhvə və
ya çay. İngilislər yeməkdə fərqliliklərin tərəfdarı deyillər, buna
görə də eyni yeməyi hər səhər yeyə bilərlər. Çay ingilislərin qida
mədəniyyətinə daxil olan bir ünsür kimi qeyd etmək lazımdır.
İngilis ənənələrin çayın bir çox formaları daxildir. Belə hesab edilir