ETNOPSİXOLOGİYA 249
sirlərini heç kimin cəzasız qarşı gələ bilməyəcəyi bir ev, ailəvi,
müqəddəs yer sayılır. Klubdan qovulmaq ingilis üçün biabırçılıq
sayılır.
İngilis cəmiyyətə yüksək tələbat hiss edir, lakin heç kim onun
qədər çoxsaylı insanların arasında özünü təcrid edə bilmir. Mədəni
qaydaları pozmadan böyük bir toplumun içərisində özüylə ola bilir,
düşüncələrinə dalır, özünü və başqalarını utandırmadan özünə sərf
eləyəni edə bilir.
Heç kim ingilis qədər öz vaxtını və pulunu düzgün bölə
bilmir. O, həddindən artıq çox işləyir, lakin hər zaman istirahət
etməyə də vaxt tapır. İş saatlarında əyilmədən işləyir, bütün əqli və
fiziki gücünü ortaya qoyur, asudə vaxtlarında isə həvəslə həzzə
qapılır.
Harada yaşamağından asılı olmayaraq hər bir ingilisin
üzərinə onun milliyətinin möhürü vurulmuşdur. Fransızı italyandan
və ya ispandan fərqləndirmək hər zaman asan deyildir, lakin ingilisi
kiminləsə səhv salmaq çətindir. Hara gedir getsin özüylə adətlərini,
davranış tərzini daşıyır, heç yerdə və heç kimə görə öz vərdişlərini
dəyişmir, hər yerdə özünü evindəki kimi aparır. Bu, original,
özünəxas, yüksək səviyyədə bütöv xarakterdir.
İngilis çox şöhrətpərəstdir. O, inanır ki, onun ata yurdunda
hər şey başqalarından daha yaxşıdır. Buna görə də onlar əcnəbilərə
yuxarıdan baxır, üzülərək, çox zaman isə laqeyd yanaşırlar. Bu
qüsurlu cəhət ingilislərdə ünsiyyətin olmaması nəticəsində və
digərləri üzərində özünün üstünlüyünü şüurunda böyütmüşdür.
Pul ingilisin sitayiş obyektidir. Heç kim zənginliyə bu cür
hörmətlə yanaşmır. İngilisin ictimai mövqeyi nə olur olsun, istər
alim, vəkil, siyasi xadim və ya kahin ilk növbədə tacirdir. Hər
addımında vaxtının çox hissəsini pul qazanmağa sərf edir. Onun ilk
qayğısı hər zaman və hər yerdə mümkün qədər daha çox
qazanmaqdır. Lakin pul qazanmağa belə bir həvəs və hərisliyin
olmasına baxmayaraq ingilis xəsis deyildir: rahat yaşamağı və
istədiyi kimi xərcləməyi sevir.
İngilislər çox səyahət edirlər və hər zaman daha çox fakt