ETNOPSİXOLOGİYA 265
prosesdə onlar baltik, irandilli,
slavyan
və yunanxalqları ilə
təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin
tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki
fəaliyyəti haqda müasir elmə çox az məlumatlar əldə olunmuşdur.
Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər.
Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas
rolu oynayan xalq olurlar. XI və XII əsrlərdə Müqəddəs Roma
imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. XII əsrdən
etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət
altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses
nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar
yaratmağa başlayırlar.
XVI əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altın-
da reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan
Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində
rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə
(1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük
ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı. 1740-cı ildən
etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında
rəqabət meydanına çevrilir.
1806-cı ildə Napoleon Almaniyanı
işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu.
Alman dili. Almaniyada rəsmi dil Alman dilidir. Bu dil
Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə
yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Alman dili
Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi
dillərdən biridir. (digər iki işçi dili İngilis dili və Fransız dilidir).
Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya
dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların
istifadə etdiyi dillər kimi Türk dili, Polyak dili, Rus dili və Balkan
yarımadasından olan xalqların dilləridir.
Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil,
təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa
Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya
əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman