ETNOPSİXOLOGİYA 268
mədəniyyətlə bağlı söhbətlər edirlər, eləcə də gündəlik hayat
hadisələrindən danışırlar. Almanlara məxsus deyim var “ingilislerin
çayı varsa, Almanların da pastası var”! Pasta-kəhve mədəniyyəti
almanların dəyişilməz və əvəz olunmazlar sırasında gedir, üstelik
sadece digər xalqlarda olduğu kimi özel günlerde de deyil, adi
vaxtlarda da istifadəyə üstünlük verirlər. Onlarca pasta çeşidinin
yer aldığı Alman mətbəxi hər bir turistin və qonağın xoşuna gəlir.
Alman fəlsəfəsi dünyada öndə gedir. Bəs alman fəlsəfəsi
derdikdə insanlar nə düşünür? Kimlər göz önünə gəlir? XVIII
əsrdən başlayaraq almanların dünyaya baxışı dəyişdi, onlar elmin
daha dərinliyinə nüfuz etməyə başladılar. Alman fəlsəfəsinin
simaları olan Kant, Hegel, Marks, Nitçe, Heydeger və başqaları öz
dünyaviliyi ilə elmin dəyərini, insanlığın varlığını anladanlar
arsında böyük bir məktəb yaratdılar.
Alman dəqiqliyi hər bir etnosun özünə mənsub özəlliyi var.
Almanları təyin etdikləri vaxta, zamana daim diqqət edirlər. Onlar
istər dövlət səviyyəsində, istərsədə ictimai münasibətlərdə daha
dəqiq olmağa üstünlük verirlər. Dəqiq olmayan insanlardan xoşları
gəlmir və onlardan uzaq durmağa çalışırlar. Belə insanlarla biznes
əlaqələri ümumiyyətlə yaratmırlar.
Almanlar 1-ci və 6-cı günlər saat 13:00-15:00 arası və 22:00-
07:00 arası hündür səsli musiqi dinləməkdən, maraqlı olsa da iş
alətləri ilə, ev əşyaları ilə səs çıxarmaqdan qaçırlar. Səbəb olaraq
digərlərini narahat etməmək üçün bu addımı atırlar, əks tədqirdə
mədəniyyətdən kənar sayılır, özlərinə rəva bilmirlər.
Alman ailəsində ata arxetipi. Alman ailəsi dedikdə ilk olaraq
biz ata obrazı haqqında düşünməli oluruq. Ata ailənin birinci şəxsi
olaraq bütün məsuliyyəti öz üzərinə götürür. Bir çox millətlərdən
fərqli olaraq alman ailəsində ata həm sevən, həm də cəzalandıran
rolunu oynayır. Dünya xalqlarının çoxunda vətənlərinə “Ana
Vətən” səsləndirdikləri halda almanlar “Ata Vətən” deyirlər.
Övladların tərbiyəsində alman xarakterinin “hərb dili “ termini öz
rolunu göstərir. Uşaqların tərbiyəsi bir başa atanın əsas vəzifəsi
sayılır. Almanlarda oğlan uşağı uzun müddət atanın diqqət