ETNOPSİXOLOGİYA 269
mərkəzində saxlanılır. Oğlanlardan fərqli olaraq qızların tərbiyəsi
ilə ana məşğul olur. Oğlanlar Vətənə, milli dəyərlərə, torpağa
bağlılıqda, dünyanın harasında olsa da öz milli mənsubiyyətini
(almanlığını) unutmamalı olduğunu artıq kiçik yaşlarından
özlərində formalaşdırırlar. “Alman harda olsa da, almandır” deyimi
milli təfəkkürdə həkk olunub. Alman yazıçısı F.Kafkanın “Atama
məktub” əsərində milli təfəkkürün təzahürünündə ata obrazına
münasibəti görmək olar. Ata öz soyuqqanlığı ilə oğlan uşaqlarına
sanki bir məktəb yaradır.
Almaniyada təhsil. Almaniyada elm orta əsrlərdən bəri
sürətlə inkişaf etməkdədir. Hal-hazırda da Almaniyada elmə çox
yüksək səviyyədə maddi vəsait ayrılır və bu məqam ölkə
iqtisadiyyatının sürətlə inkişafına əsas təkan verən amillərdəndir.
Nəticə olaraq indiyə kimi 103 alman Nobel mükafatına layiq
görülmüşdür. Müasir dövrdə Almaniyada elmin inkişafına sənaye,
universitetlər və dövlət tərəfindən böyük həcmdə yardımlar ayrılır.
Almaniyada təhsil almaq bir çox gənclərin arzusu sayılır və
bunun üçün çoxlu səbəblər vardır. Almaniyada 380-ə yaxın
universitet və tətbiqi yönümlü ali məktəblər (Fachhoschulen)
mövcuddur ki, gənclər uzunmüddətli ənənəsi və yüksək akademik
səviyyəsi ilə seçilən bu təhsil ocaqlarında təhsil ala bilərlər. Alman
universitetləri texniki cəhətdən çox yaxşı təşkil olunmuş
laboratoriyalarla yanaşı, həmçinin zəngin kitabxanaya malikdirlər.
Dünya səviyyəsində kitabxana dedikdə alman kitab evlərini və oxu
zallarını göz önünə gətirmək olar. Bu məkanlar sanki dünyanın ən
sakit bir guşəsidir, insanların davranış tərzlərində alman
hegemonluğu burada hiss olunmur.
Hər bir tələbənin aylıq xərci üçün təqribən 800 Avro
hesablamalıdır ki, buraya qidalanma, qalma və sığorta xərcləri də
daxildir. Hazırda Azərbaycan üzrə DAAD-nin bakalavr təhsili üçün
təqaüd təklif etmədiyinə baxmayaraq Almaniyada təhsil almağa
dəyər. Almaniya beynəlxalq tələbələr arasında ən çox sevilən təhsil
ölkələri siyahısına daxildir.
Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil