ETNOPSİXOLOGİYA 263
dünyası, onun mədəniyyəti və tarixi) – qonşu İtaliyanınkına
əsaslanır. Bəzi cənub şəhərlərində hələ də antik amfiteatrlar (qədim
Yunan və Romalılarda dairə və yarımdairə şəkilli açıq
tamaşaxanalar) həmçinin Rum qullarının tikdikləri möhtəşəm
akveduklar (çay, dərə üzərində körpü şəklində çəkilən su
kəmərləri) qalmaqdadır. Marselin əsasını da qədim yunanlar
qoymuşlar. Provansda kəndlərin sakinlərinin üzü, sanki orta
əsrlərdə yaşayan Afrika müsəlmanlarının sifətini xatırladır. Həmin
ərəb =sarasın-burada uzun müddət-xaç yürüşünədək hökmranlıq
etmişlər. Əsasən Rum mənbələrində Qallar cəsarətli, zirək,
fərasətli, gözəl danışmağı bacaran, ünsiyyətli, lakin ehtiyatsız,
şöhrətpərəst, qərarsız, tamamilə qayda-qanun riayət etməyən xalq
kimi, təsvir olunmuşdur. Əlbəttə ki, fransızlar öz xarakter
xüsusiyyətlərini yaxşı bilik və özlərinə hesabat verməyi bacarırlar.
Ona görə də, indiki fransızlar tarixdəki öz keçmiş qəhrəmanlarını
dövlətin maraqlarına əzmlə qulluq etmiş adamlarını (öz çatışan və
ya çatışmayan cəhətləri) sevərək yad edirlər. Ona görə də, qadın
düşgünü və qadınların sevimlisi olan, lakin çox dözümlü və
ehtiyatlı olan IV Henrix əfsanəvi döyüşlərin qəhrəmanı və
diplomatik bacarığa malik Kardinal Rişelye və ya Fransaya
pərəstişi olan general De Qoll (Charle de Goll).
Şimalda fransızların mənşəyi buranı öz əsarətində saxlamış
bir çox tayfaların, almanların, keltlərin, vest qotların, frankların,
burqundların, normanların mənşəyinə əsaslanır. Ona görə də,
fransızlar əvvəl özlərini fransız, sonra isə digər tayfaların
törəmələri hesab edirlər. Yəqin ki, fransızların xarakterləri ona görə
ziddiyyətlidir ki, onlar özlərində müxtəlif əyalətlərin əhalisinin
müxtəlif xüsusiyyətlərini cəmləşdirirlər. Qədim fransız atalar
sözündə deyildiyi kimi,”Hər şeydən bir az olmalıdır ki bütöv
dünyanı yaradasan”.
Başqa xalqlardan fərqli olaraq, fransızlar əsasən oturaq xalq
hesab olunurlar. Fransa tarixində kütləvi şəkildə emmiqrasiya
olunmaq halına az rast gəlinir. 1685-ci ildə XIV Rüdoviqin “dini-
azadlıqların ləvğ edilməsi” qərarını verməsindən sonra dini təqib-