Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə294/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   290   291   292   293   294   295   296   297   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
300 
Norveçlilər yüngül xasiyyətli, ünsiyyətcil insanlardır. Onlar 
qonaqlara öz ölkələrinin gözəllikləri barədə, Norveç dövlətinin 
ədalətli quruluşu barədə, Norveç xalqının gücü, cəsarəti və ağlı 
barədə saatlarla danışa bilərlər.
Norveçlilər həm ünsiyyət, həm də həyat tərzində çox 
sadədirlər. “Siz” yalnız kral ailəsinin üzvlərinə deyirlər. Norveçlilər 
müxtəlif ictimai və siyasi təşkilatların, musiqi və ədəbi 
cəmiyyətlərinin, idman klublarının üzvləridir. Norveç qadınları çox 
iradəli və özünə güvənən qadınlardır. 1978-ci ildə qanun qəbul 
edildikdən sonra qadınlar kişilərlə bərabər hüquqlara malik oldular. 
Hətta Norveçdə cinslərarası bərabərlik üzrə məhkəmə təsis 
edilmişdir. Norveçlilər xəsis deyillər, sadəcə özlərini çox sevirlər 
və düşünürlər ki, niyə görə özlərinə əziyyət verməlidirlər. 
Norveçlilər özlərini etiket qaydalarından tamamilə azad ediblər. 
Onlar “siz” əvəzliyindən imtina ediblər və hər kəsə “sən” deyə 
müraciət edirlər. Norveçlilər qucaqlaşmağa və əllə görüşməyə 
üstünlük verirlər. Onlar bəzən 3 dəfə yanaqlarını bir-birlərinə 
sürtürlər. Norveçlilərin fikrincə bu görüşməyin ən gigiyenik 
üsuludur. Norveçlilər sözü üzə deyəndilər. Onlar üçün ən əsası 
həqiqəti üzə deməkdir. Norveçlilər üçün qadağan olunmuş 
mövzular yoxdur. Onlar çox səmimi olaraq öz ailə problemləri, 
intim mövzular, siyasətlə bağlı mövzularda söhbət edirlər. Lakin 
maaş və gəlir barədə danışmaq ədəbsizlik sayılır. Norveçlilər 
cəsarətlə öz dövlətini və onun siyasətini tənqid edə bilərlər. Lakin
xarici vətəndaşların onların haqqında bunu etməsi qəbul 
edilməzdir. Norveçlilər ünsiyyətdə demokratik və qeyri-
rəsmidirlər. Onların dilində “zəhmət olmasa” sözü yoxdur. Bu sözü 
“vaer saa snil” və ya “vaer saa gad” (mehriban ol, nəzakətli ol) 
əvəz edir. Norveçlilər birlikdə keçirdikləri vaxta görə 
minnətdarlıqlarını bildirilməyə qarşı çox həssasdırlar. Norveçlilər 
öz sağlamlıqlarına çox həssaslıqla və diqqətlə yanaşırlar.
Norveçlilər heç vaxt evdə oturmurlar. Onlar müxtəlif kurslara
dərnəklərə, teatra, kinoya gedirlər. Norveçlilər səyahət etməyi çox 
xoşlayırlar. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin