ETNOPSİXOLOGİYA 296
Samba, Choro, Maracatu, Carimbo, Lambada və Latın rəqsləri kimi
ritmləri öyrədirlər.
Televiziya və filmlərdə Latın Amerika xalqı haqqında
stereotiplər adətən mənfi şəkildə təqdim olunmuş və bütövlükdə
etnik qrupun əxlaqına, iş etikasına, ağlına və ləyaqətinə hücum
formasında təzahür etmişdir. Hətta sənədli filmlərdə, mətbuatda,
Latın amerikalılar haqqında naliyyətlərdən daha çox sui-qəsd,
immiqrasiya və ya narkotiklə əlaqəli hekayələrın köməyi ilə
məlumat verilir. Bu stereotiplər kişilər və qadınlar barəsində olub-
olmamasından asılı olaraq fərqli ola bilər. Latın amerikalı kişilər,
ağılsız, gülməli, aqressiv və qeyri- peşəkar kimi stereotipləşdirilmiş
və təlxəklər, cinayətkarlar kimi adlar qazanmışlar. Bu hal tez-tez bu
şəxslərin daha az hörmətli işlərdə işləmələri, narkotiklərlə əlaqəli
cinayətlərə cəlb olunmaları və ya təhsilsiz immiqrantlar kimi
xarakterizə olunmaları ilə nəticələnmişdir. Latın amerikalılar digər
bəyaz dərililərdən fərqli olaraq daha aşağı statuslu xarakterləri
canlandırmışdır. Məsələn, narkotiklərlə əlaqəli cinayətkarlar. İspan
və Latina qadınları, eyni şəkildə, adətən tənbəl və iş etikası
olmayan kimi təsvir olunurlar. Bu stereotiplər yüksək və aqressiv
səsinə istehza edilən və zəngin bir adamla evlənən immiqrant
qadın kimi təsvir olunan Sofiya Vergara adlı xarakterdə öz əksini
tapmışdır.
5.2.5. Skandinaviya xalqlarının etnopsixoloji xüsusiyyətləri Hər bir insan ölkə xalqlarının mədəniyyətinə bələd olduqda
onlarla sıx ünsiyyət saxlaya bilir, təmsil etdiyin ölkəsinin
mədəniyyətini, siyasətini həmin xalq üçün daha anlaşıqlı, məqbul
formada çatdırmaq imkanına malik olur. Araşdırmalar müəyyən
etmişdir ki, Skandinaviya xalqlarının elm və mədəniyyət tarixi,
şifahi xalq yaradıcılığı nümunələri, ədəbi qaynaqları psixoloji fikir
və ideyalarla zəngindir. Onları sistemli şəkildə öyrənmək, psixoloji
təhlil etmək və cəmiyyətə çatdırmaq məqsədəuyğundur.
Skandinaviya regionuna daxil olan ölkələr arasında