Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə296/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
302 
valideyn uşağın tərbiyəsində iştirak etməlidir. Bu dövlət tərəfindən 
tənzimlənir. Əgər valideynin biri uşaqla görüşməyə icazə vermirsə 
onu məhkəməyə vermək tam hüququ var. Əgər valideyn 
ümumiyyətlə uşağın yanına gəlmək və ya onu görmək istəmirsə, 
məhkəmənin qərarı ilə həmin valideyn uşağın psixikasına zərər 
verməmək üçün mütəmadi olaraq onun yanına gəlməlidir.
Qocalar Norveçdə müstəqil və təmin olunmuş bir təbəqədir. 
Onlar uşaqlarından ayrı öz şəxsi evlərində yaşayırlar. Birlikdə 
yaşayan övladlar öz valideynlərini qocalar evinə göndərirlər. Son 
zamanlar Norveç dövləti bu barədə düşünməyə başladı. Bütün 
həyatı boyu norveç təqaüdçiləri öz maaşlarından pensiya fondlarına 
faiz köçürürlər. Təqaüdə çıxdıqdan sonra isə əsl nağıldakı həyatı
yaşayırlar. Norveç təqaüdçiləri evdə oturmurlar. Onlar üçün 
müxtəlif endirimlər tutulub (ictimai nəqliyyat, muzey və 
konsertlərə getmək, kurslar, səyahət və s.). ümumiyyətlə qocalara 
çox hörmətlə yanaşırlar. Amma ictimai nəqliyyatda onlara yer 
vermirlər. Çünki yaşlı insanlar bu hərəkətddən inciyə bilərlər.
Norveç monoxron mədəniyyətə malikdir. Yəni hər bir vaxt 
ərzində onlar işlə məşğuldurlar, plan, cədvəllərə ciddi riayət edirlər. 
Onlar üçün punktuallıq vacibdir. Gecikmə isə ictimai normaların 
pozulmasının ən ciddi forması hesab olunur. 
Norveç aşağı kontekstli mədəniyyətə malikdir. Yəni burada 
şəxsiyyətlərarası əlaqələr ciddi surətdə bölünür. İnsanlar ünsiyyətə 
girərkən əvvəlcə məlumatlanırlar. İnformasiyanın əksəriyyəti 
sözlərdə, şifahi və yazılı nitqdə əks olunur, detalların müzakirəsinə 
çox önəm verilir. Belə mədəniyyətlərdə açıq və aydın ünsiyyət 
üslubuna üstünlük verilir.
Norveç mədəniyyəti feminist mədəniyyətə aiddir. Belə 
mədəniyyətlərdə diqqəti və qayğını yüksək dəyərləndirirlər. Kişilər 
inadkar olmamalı, uşaqların tərbiyəsində iştirak etməlidirlər. 
Cəmiyyətdə cinslərarası bərabərlik təbliğ olunur. 
Norveç dili alman dili qrupuna daxildir. Qədim norveç dili 
islandiya və farer dillərinə yaxın dil olmuşdur. Lakin Danimarka 
dilinin böyük təsiri və eyni zamanda İsveçrə dilinin bir qədər təsiri 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin