ETNOPSİXOLOGİYA 45
1.7. Mədəniyyət və şəxsiyyət konsepsiyası Şəxsiyyətin formalaşması mədəniyyət daxilində baş verən
sosial-psixoloji prosesdir. Etnopsixologiyada “Mədəniyyət və
şəxsiyyət” konsepsiyasının tərəfdarlarını maraqlandıran əsas
məsələ şəxsiyyətin mədəniyyət daxilində inkişafı məsələsinin
öyrənilməsidir. Uşaq etnik xüsusiyyətləri necə mənimsəyir? Bu
suallara dolğun cavab axtarışı etnopsixologiya və kulturoantro-
pologiyanın təkində yeni bir elmi istiqamətin differensiasiya
olunaraq əmələ gəlməsi ilə nəticələndi. Yeni elmi istiqamət uşaq-
lığın etnoqrafiyası adlanır. Bu sahənin mütəxəsisslərini uşaqların
doğulduqdan sonra necə qidalandırılmasından, bələnməsindən
tutmuş, gigiyenik vərdişlərə necə yiyələmələrinə qədər olan hər bir
məsələ maraqlandırırdı.
Məsələn, britaniyalı tədqiqatçı C.Qorerə görə rus xarakerinin
bəzi xüsusiyyətlərinin (avtoritarizmə meyillilik, konformluq) kökü,
körpə olarkən onların bələkdə iplə möhkəm-möhkəm bələnməsi ilə
bağlıdır. “Bələk determinizmini” həddindən çox şişirtmək düzgün
olmadığı kimi, onu universal hadisə kimi tamamən şəxsiyyətə heç
bir təsir göstərmədiyini də etiraf etmək olmaz. Emosiyanın cilov-
lanması, uzun müddət daxildə yaşanılması və birdən ətrafa çıxa-
rılması rus xarakteri üçün səciyyəvi olan psixoloj xüsusiyyətdir.
Necə ki, bələyi açılan körpə əlləri və ayaqları ilə dayanmadan
hərəkət edir.
Uşaqlığın etnoqrafiyası üzrə ilk nəzəriyyəçı alim amerikalı
psixoanalitik A.Kardiner olmuşdur. O, uşağın erkən yaş dövrünü,
onun şəxsiyyətinin formalaşmasının əsası hesab edirdi. O belə
hesab edir ki, uşağa onu əhatə edən sosial mühit, xüsusilə qayğı və
yanaşma üsulu daha güclü təsir göstərir. “Uşaq insanın atasıdır”
aforizmi Kardiner postulatı kimi qəbul edilir. Məsələn, uşağın
süddən birdəfəlik olaraq, qəti şəkildə ayrılması onda rədd olunma
kimi acı xatirəyə səbəb olur. Bu həmin uşağın şəxsiyyət kimi
xarakterində özünü göstərən aşağı özünüqiymətləndirmə, emosio-
nal soyuqluqda tapır.
Uşaqlığın etnoqrafiyası sahəsində
tədqiqat aparan