Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə84/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
88 
Valideynlər, dostlar, yaxınlar və digər sosial institutlar daima bizə 
həmin normaları xatırladırlar. Digər sosializasiya institutları da 
həmin müvafiq normaları 
təbliğ edir və davranışda 
möhkəmləndirməyə çalışırlar. Artıq yaşa dolduqdan sonra həmin 
qaydaları bizə heç də heç kim xatırlatmır.
Qəbul edilmiş davranış normalarına münasibət bütün yaş 
dövrlərində eyni olmur. Müşahidələr göstərir ki, həmin qaydalar ən 
çox yeniyetməlik dövründə pozulur. Bir növ yeniyetmələr həmin 
normalara şübhə ilə yanaşır və onların hakimiyyətini qəbul etmək 
istəmirlər.Bu səbəbdən də onlar həmin yaş dövründə yeni davranış 
modeli və nümunəsi axtarırlar. Bu yaş dövrü ötüb keçdikdən sonra, 
yeniyetmələrin böyük əksəriyyətində reakkulturasiya (öz 
mədəniyyətinə yenidən daxil olma) baş verir. Reakkulturasiya bir 
tərəfdən sosial mühitlə, digər tərəfdən isə fərdi-psixoloji 
xüsusiyyətlə bağlı olaraq baş verir. Bəzən elə olur ki, 
reakkulturasiya yeniyetməlik yaşının sonunda, bəzən də elə olur ki
fərdin yaşlılıq mərhələsində baş verir. Adətən bu proses, yəni 
fərdin akkulturasiyası əmək fəaliyyətinə başladıqda özünü göstərir. 
Insanlar müvafiq mədəniyyət normalarının mənimsəməklə 
kifayətlənmirlər, həm də ətrafdakı insanların da hərəkətlərini 
qiymətləndirir və onların müvafiq normalara uyğun olub-
olmadığını müəyyən edirik. 
Beləliklə, öz mədəniyyətimizə daxil olmaqla təkcə müvafiq 
davranış normalarını mənimsəmirik, həm də başqa insanların da 
hərəkətlərini necə qavramağı və şərh etməyi öyrənirik. Mədəniyyət 
hər bir insanda psixoloji qaydalar, ustanovka, attiyudların 
özünəməxsus birliyi kimi mövcuddur. Bu qaydalar bizim insan
şəxsiyyət və əxlaqi dəyərlər haqqında olan fikir və hisslərimizlə 
bağlıdır. 
Etnosentrizm-hər bir insan üçün səciyyəvi olan psixi 
hadisədir. Sadəcə olaraq, insanların bir qsmi onun olduğunu dərk 
etdiyi üçün etiraf edir, digər qismi isə fərqli şərh və izahın olmasını 
qəbul etmir. Müasir psixoloji ədəbiyyatlarda (D.Matsumoto, 2008) 
etnosentrizmin 2 növü göstərilir: çevik və qeyri-çevik etnosentrizm.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin