Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə80/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
84 
atribusiya adlanır. Sosial atribusiyanın ən əsas funksiyası- pozitiv 
qrup identikliyini formalaşdırmaq, ona nail olmaq və 
gücləndirməkdir. 
Stereotiplər insan qrupu və birliyi haqqında ümumiləşmiş 
təsəvvür olub, əsasən psixoloji xüsusiyyət və əlamətləri özündə əks 
etdirir. Güzəran psixologiyasında stereotiplər adətən mənfi 
əlamətləri ifadə edir, əslində isə stereotiplər həm müsbət, həm də 
mənfi məzmuna malikdir. Məsələn, yaponlar ağıllı, almanlar 
səliqəli, fransızlar modabaz, çinlilər zəhmətkeş, ruslar kefli, 
ingilislər soyuqanlı və etibarsız, yəhudilər xəsis, azərbaycanlılar 
qonaqpərvər, ermənilər hiyləgər və yaltaq olurlar. Stereotiplər heç 
də həmişə etibarlı mənbəə hesab olunmur. Onlar həm yanlış, həm 
də düzgün ola bilər. Triandis “faktiki”müşahidələrə əsaslanan 
stereotipləri sosiotip adlandırmağı təklif etmişdir. Stereotiplərin 
formalaşmasının başa düşmək üçün bu prosesin psixoloji təhlilini 
aparmaq lazımdır. Stereotiplər normal psixoloji prosesin 
məhsuludur və qavrama prosesini asanlaşdırır. Stereotiplər əsasən 
aşağıdakı proseslər nəticəsində meydana çıxır: seçici diqqət
qiymətləndirmə, anlayışların formalaşdırılması və kateqoriyallaş-
dırma, atribusiya, emosiya, hafizə.
Qeyd etdiyimiz psixi proseslər bir birilə qarşılıqlı əlaqədə və 
təsirdə olmaqla stereotipləri psixi həyatımızın zəruri tərkib 
hissəsinə çevirmişdir. Stereotiplər, bizə ətraf aləmdə baş verən 
hadisələri, xüsusilə də insan qruplarını başa düşməkdə bizə əlavə 
səy göstərməyimizə qənaət etməyimizə kömək edir. Digər tərəfdən 
hər hansı qrup haqqında formalaşan stereotip qarşılıqlı 
münasibətin qurulmasına, qavrama və anlama prosesində 
özünəməxsus çətinliyin yaranmasına və qruplararası zidiyyətin baş 
verməsinə səbəb olur. D.Matsumoto, stereotipləri mental anlayış 
kateqoriyası hesab etmişdir (121). Stereotiplər, insanların 
gözləntilərindən asılı olaraq möhkəmləndirilir. Insanların gözləntisi 
də, onlarda formalaşan stereotiplərə uyğun olaraq dəyişir. Etnik 
stereotiplər-digər psixoloji proseslər kimi insanın “Biz” 
konsepsiyasına daxildir.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin