ETNOPSİXOLOGİYA
79
onların reaksiyasını videolentə çəkmişlər. Eksprementin birinci
mərhəlləsində yoxlanılanlardan başqa zalda heç kim olmamışdır.
İkinci seriyada isə yoxlanılanlardan
eksperimentatorla birlikdə
filmə baxmaq təklif olunur. Çəkilişin nəticələrinin təhlili əsasında
məlum oldu ki, amerikanlardan fərqli olaraq yaponlar, başqaların
iştirakı şəraitində neqativ emosiyalarını gizlətmiş və yalnız
gülümsəmişlər. Deməli, mədəni dəyərlərin təsiri olmadığı mərhə-
lədə, həm amerikanlar, həm də yaponlar eyni formada yaşadıqları
emosiyaları göstərmişlər.Yəni güclü
stresə uyğun olaraq qəzəb,
qorxu hissini ekspresiya etmişlər. İkinci mərhələdə isə mədəni
fərqlər dərhal özünün təsiri göstərmiş və yaponlar yalnız
təbəssümlə reaksiya vermişlər. Ona görə ki, özündən yaşlı şəxsi
kədərləndirmək, ümumən başqasına neqativ emosiyanı nümayiş
etdirmək yapon əxlaqına görə olmaz.
Göründüyü kimi, birinci
mərhələdə emosiyaların universallığı, ikinci mərhələdə isə mədəni
fərqlər özünü göstərdi.
“Keep smiling” amerikanların gündəlik həyatda qarşılıqlı
münasibətlərin tənzimlənməsi üçün istifadə etdiyi etiket
qaydasıdır. İslam əxlaqında gülüş, təbbəsüm
sədəqə səviyyəsində
dəyərləndirilməsinə baxmayaraq, bu etiket qaydası hal-hazırda
amerikanlar tərəfindən daha çox istifadə olunur. Bu gün ameri-
kanların gündəlik ünsiyyət zamanı istifadə etdikləri ameri-
kansayağı təbbəsüm, heç də ondan istifadə edən şəxsin əhvalının
göstəricisi deyil. Bu sadəcə olaraq işgüzar
təbəssümdən başqa bir
şey deyil. Ona görə də ilk dəfə amerikanlı ilə rastlaşan emiqrant elə
başa düşməsin ki, qarşı tərəf onu gördüyü üçün sevinir.