Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə79/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
83 
Ethik stereotiplərin digər mühüm xüsusiyyəti onların 
davamlı olmasıdır. Yəni formalaşmış olan stereotip uzun müddət 
işləyir, qarşılıqlı münasibətə təsir göstərir. Stereotipin dəyişməsi, 
yenisi ilə əvəz olunması xeyli müddət tələb edən, çətin prosesdir. 
Etnik stereotiplərin digər xüsusiyyətləri onların razılaşdırılmış və 
qeyri dəqiq olmasıdır. A.Teşfel etnik stereotiplərin razılaşdırılmış 
əlamət olmasını vacib şərt hesab edir və qeyd edir ki, qrup 
üzvlərinin böyük əksəriyyətinin fikir, hiss və davranışında özünü 
göstərdiyi halda, həmin hadisəni etnik stereotip kimi qəbul etmək 
olar. Etnik stereotipərin qeyri-dəqiq olması qarşılıqlı 
münasibətlərin düzgün qurulmasına, şəxsiyyətlərarası qavrayışda 
konfliktlərin yaranmasına səbəb olur. 50-ci illərdən başlayaraq 
amerikan psixoloqu O.Klaynberq “həqiqət rüşeymi” fərziyyəsinin 
irəli sürdü və bu fərziyyəyə görə stereotiplərdə həqiqi biliklər
yalançı məlumatlardan həmişə çox olur. Beləliklə, etnik stereotilər 
gerçəkliyi nə qədər təhrif olunmuş şəkildə əks etdirsə də, biz onu 
real həyatdan alırıq. Beləliklə, etnik stereotiplər, əksər hallarda 
stereotipləşdirilən qrupun real xüsusiyyətlərini əks etdirir.
Sosial kauzal atribusiya dedikdə başqasının davranış və 
hərəkətinin səbəbinin izah edilməsi başa düşülür. Etnik birliklər
ayrı-ayrı qruplar arasında konflikt, problem bəzi hallarda 
iştirakçıların bir-birinin davranışının səbəbini düzgün başa düşə 
bilməməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, adətən qrup üzvləri 
əldə etdikləri naliyyətləri, yaxşılıqları, müsbət hərəkətləri, 
xeyirxahlığı öz adlarına çıxır, daxili keyfiyyət hesab edir
uğursuzluqları, koflikti, mübahisəni, neqativ davranışı, aqressiv 
hərəkəti isə başqaları ilə onların pis hərəkəti ilə şərtləndiyini 
göstərirlər. Aparılmı tədqiqatlarla bir daha təsdiq olundu ki, 
insanlar öz qruplarının pozitiv, başqa qrup üzvlərinin, yəni başqa 
xalqların isə neqativ hərəkətlərinin səbəbini daxili amillərlə, yəni 
xalqın və etnosun daxili keyfiyyətlərilə əlaqəli olduğunu sübut 
etmişlər. Özünkülərinin pis hərəkətlərini, başqalarının isə yaxşı 
hərəkətlərini xarici səbələrlə əlaqəli baş verdiyini göstərirlər. Öz 
və başqa qrupunu uğur və uğursuzluğunu bu cür izahı etnosentrik 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin