Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə77/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
80 
Suallar 
1. Etnik özünüdərketmə haqqında məlumat verin.
2. Etnik identiklik nədir? 
3. Etnik identikliyin inkişafına hansı amillər təsir göstərir?
4. Etnik identikliyi ölçmə modelləri hansılardır?
5. Etnik- milli xarakter anlayışı haqqında məlumat verin
6. Etnik-milli xarakterin təzahür xüsusiyyətləri hansılardır?
7. Milli hisslər haqqında məlumat verin. 
8. Hiss və emosiyaların qavranılmasına hansı amillər təsir 
göstərir? 
Ədəbiyyat 
1. Bayramov Ə. Etnik psixologiya. B., 2001 
2. Əlizadə. Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Вakı, 
2003. 352 səh. 
3. Əliyev R.İ. Mentalitet. Bakı, 2009. 309 səh.
4. Əliyev R.İ. Şəxsiyyətin və onun formalaşmasının etnopsixoloji 
əsasları. Bakı, 2000.442 səh. 
5. Баранова Т.С. Психологическое исследование социальной 
идентичности // 
Социальная идентификация личности – 2. М., 1994. Кн. 2. 
С. 202-237. 
6. Белинская Е.П., Стефаненко Т.Г. Этническая 
социализация подростка. М.; 
Воронеж, 2000. 
7. Хотинец В.Ю. Этническое самосознание и его роль в 
развитии индивидуальности 
человека. Учеб. пособ. – Ижевск: Изд-во Удм.ун-та, 1996. 
8. Этнопсихология: практикум: Учебное пособие для 
студентов вузов / Т.Г.Стефаненко. – М: Аспект Пресс, 
2006. 


ETNOPSİXOLOGİYA 
81 
 
III FƏSİL 
ETNOSLARARASI MÜNASİBƏTLƏRİN 
SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ 
3.1. Etnik və sosial stereotiplərin mahiyyəti 
Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya 
sahələrində istifadə edilən əsas analyışlardan biri də stereotip, 
sosial stereotip və etnik stereotip analyışlarıdır. İlk növbədə onu 
qeyd edək ki, stereotip sözü yunan dilində stereos möhkəm + tupos 
iz deməkdir. Sosial stereotiplər hər hansı bir hadisə, qrup, tarixi 
şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda 
yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət olan 
psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prose-
sində yiyələnirlər. “Sosial stereotip” termini ilk dəfə amerikan 
sosioloqu U.Lipman tərəfindən 1922-ci ildə “İctimai fikir” əsərində 
işlədilmişdir. U.Lipmana görə, stereotiplər mədəniyyətlə deter-
minasiya olunan, nizamlanan “dünya təsviridir” və onun köməyi 
ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz 
səylərə qənaət edir və dəyərləri, mövqeyimizi və hüququmuzu mü-
dafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya 
axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini
qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş və bəzən də 
təhrif olumuş şəkildə olduğu üçün o qədər də etibarlı deyildir. Hər 
bir stereotipdə sosial obyektlər haqqında müəyyən biliklər öz əksini 
tapır, lakin onların əsas funksiyası heç də bunula bağlı deyildir. 
Stereotiplər əsasən sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən 
sinif, əhali təbəqəsi və s.) müəyyən münasibət yaradır, eləcə də 
fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanların şəxsi 
təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılr. Adətən 
tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümu-
nələri, eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi oldu-
ğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereo-
tipin yaranmasına eləcə də olan stereotipin daha da möhkəm-
lənməsinə səbəb olur. Sosial stereotiplər bir tərfdən insanların, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin