ETNOPSİXOLOGİYA
78
arasında ifadə etməyi mümkün sayırlar. Beləliklə,
müxtəlif
mədəniyyətlərdə insanların öz emosiyalarını necə ifadə etməsini
bilmək üçün öyrənmək lazımdır ki, bu mədəniyyətdə hansı
qaydalar emosiyanı, ifadəni tənzimləyir.
Hiss və emosiyaların qavranılmasına iki amil təsir göstərir.
Birincisi, hiss və emosiyaların tanınmasının, qavranılmasının ana-
dangəlmə və ya universal proqramı. İkincisi hər bir mədəniyyətə,
xalqa, millətə xas olan dekodlaşdırma qaydaları. Bu iki faktorun
birləşməsi əsasında biz hər hansı bir ekspressiyanı qavrayır və
qiymətləndirir
və deyirik o sevinir, qəzəblənir yoxsa kədərlənir.
Xalqlar və millətlər hansı hiss və emosiyanı daha çox yaşamasına
görə də fərqlənirlər. məsələn, kollektivist mədəniyyətin daşıyıcıları
daha çox həya hissi, individualistlər isə günah hissini yaşayırlar.
Hansı dinə sitayiş etməsindən asılı olmayaraq dindar və ya mömin
insanlar
daha çox günah hissindən, bəşərilər isə həya hissindən
uzaq olmağa çalışırlar.
Dostları ilə paylaş: