Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə75/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
77 
(doğmalar) daha çox neqativ, az hallarda isə pozitiv emosiyaların 
ifadə olunmasını dəstəkləyir. İndividualist mədəniyyət özgələrlə 
münasibətdə pozitiv emosiyaların daha çox, neqativ emosiyaların 
isə daha az ifadə olunmasını rəğbətləndirir. İndividualist mədə-
niyyət üçü emosional sosializasiya o qədər də əhəmiyyət kəsb 
etmir. Kollektivist mədəniyyət neqativ emosiyaların daha çox 
“özgə, yad” qruplara istiqamətləndirməyi bəyənir və rəğbətləndirir. 
Bu həm də “doğmalar, yaxınlar” qrupunu dəqiq ayırd etmək üçün 
yaxşı vasitədir. 
Emosiyaların “doğma” və “özgə” qruplarla 
qarşılıqlı münasibətdə ifadəsi 
D.Matsumoto 
Mədəniyy
ət tipi 
İndividualist Kollektivist 
Fərd və 
qrupun 
“doğmalar”a 
münasibəti 
Neqativ 
hisslərin ifadə 
olunmasında insan 
azaddır, pozitiv 
hisslərin ifadəsi tələb 
olunur 
Daha çox 
müsbət, daha az 
mənfi hisslər 
Fərd və 
qrupun 
“özgələr”ə 
münasibəti 
Daha çox 
pozitiv,
daha az 
neqativ 
Daha çox 
neqativ,
daha az pozitiv 
 
ABŞ, Polşa, Macarıstanda emosiyaların ifadə olunmasını 
öyrəniblər: 
1. Təklikdə 
2. “Özünkülər” arasında 
3. “Özgələr” arasında 
Polyaklar və macarlar neqativ hissləri “özününkülər” 
arasında ifadə etməyin yersiz olduğunu bildirdilər. Amerikanlar isə 
əksinə, neqativ hisslərin “özününkülər”, pozitiv hisslərin “özgələr” 


ETNOPSİXOLOGİYA 
78 
arasında ifadə etməyi mümkün sayırlar. Beləliklə, müxtəlif 
mədəniyyətlərdə insanların öz emosiyalarını necə ifadə etməsini 
bilmək üçün öyrənmək lazımdır ki, bu mədəniyyətdə hansı 
qaydalar emosiyanı, ifadəni tənzimləyir. 
Hiss və emosiyaların qavranılmasına iki amil təsir göstərir. 
Birincisi, hiss və emosiyaların tanınmasının, qavranılmasının ana-
dangəlmə və ya universal proqramı. İkincisi hər bir mədəniyyətə, 
xalqa, millətə xas olan dekodlaşdırma qaydaları. Bu iki faktorun 
birləşməsi əsasında biz hər hansı bir ekspressiyanı qavrayır və 
qiymətləndirir və deyirik o sevinir, qəzəblənir yoxsa kədərlənir. 
Xalqlar və millətlər hansı hiss və emosiyanı daha çox yaşamasına 
görə də fərqlənirlər. məsələn, kollektivist mədəniyyətin daşıyıcıları 
daha çox həya hissi, individualistlər isə günah hissini yaşayırlar. 
Hansı dinə sitayiş etməsindən asılı olmayaraq dindar və ya mömin 
insanlar daha çox günah hissindən, bəşərilər isə həya hissindən 
uzaq olmağa çalışırlar. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin