Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə73/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
75 
hiss və milli maraq çox güclü psixoloji amildir həmrəylik, birlik 
hissinin yaranmasına təsir göstərir. Bu hisslər ətrafında insanlar 
tezliklə birləşir və özlərinin milli maraqlarını müdafiə etməkdən 
zövq alırlar. 
Milli hisslər və millətçilik hissləri anlayışlarını fərqləndirmək 
lazımdır. Milli hisslər daha çox vətənpərvərliklə əlaqəlidirsə, mil-
lətçilik daha çox şovinizmə, xudbinliyə yaxındır. Millilik və vətən-
pərvərlik öz vətənini, dövlətini xalqını, millətini sevmək, onun 
inkişafı yolunda xidmət göstərməklə asossasiya olunursa, millət-
çilik öz millətindən savayı bütün başqa xalqlara, onun mədəniy-
yətinə neqativ münasibət bəsləməklə əlaqəlidir. Vətənpərvərlikdən 
fərqli olaraq millətçilik daha çox əməldə yox, sözdə vətəni, milləti 
sevməkdir. 
Millətçilik özündə bir neçə neqativ hiss və emosiyalar 
kompleksini birləşdirir: 
- Milli antipatiya hissi 
- Milli eqoizm hissi 
- Milli ədavət, nifrət və kin hissi 
- Milli şovinizm, hegemonluq, lovğalıq hissi 
 
2.5. Hiss və emosiyanın ekspressiyasının 
etnomədəni xüsusiyyəti 
Emosiyaların mimik ifadəsi universaldır, yəni bioloji cəhət-
dən anadangəlmədir. Bu məsələ ilk dəfə Ç.Darvinin “Növlərin 
mənşəyi”, “İnsan və heyvanda emosiyanın ifadəsi” əsərində 
öyrənilmişdir. Ç.Darvin qeyd etmişdir ki, emosiya anadangəlmədir, 
bioloji kökə malikdir və təkamül adaptasiyasının nəticəsidir. 
İnsanlar irq və mədəniyyətdən asılı olmayaraq emosiyaları eyni 
ifadə edirlər. Ç.Darvinə görə emosiyanın mimik ifadəsi növün 
yaşayışını təmin edir, kommunikativ, sosial funksiyaları yerinə 
yetirir və həmçinin növün özü və ətrafı ilə qarşılıqlı münasibəti 
barədə məlumatla təmin edir. Elə həmin dövrdə M.Mid və Rey 
Bredvistel əksinə olaraq hesab edirdilər ki, emosiyanın ifadə olun-
masını insan dili öyrəndiyi kimi öyrənməlidir. Dillər fərqləndiyi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin