Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə81/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
85 
Etnik stereotiplər bir halda fərdin özünün müşahidəsi 
nəticəsində, əksər hallarda isə sadəcə olaraq nəsildən-nəsilə 
ötürülmək yolu ilə mənimsənilir. Müasir dövrdə stereotiplərin 
yaranması və məhkəmləndirilməsində KİV və ölkə ərazisində 
aparılan sosial siyasət, eləcə də qonşu etnoslar , xalqlara, qruplara 
olan münasibət əsas rol oynayır. Məsələn, ermənilər türklər 
haqqında daima mənfi stereotip, ruslar haqqında isə müsbət 
stereotip yaratmaqla əhalidə müvafiq münasibətin əmələ gəlməsinə 
nail olurlar. 
Etnik stereotiplər milli özünüdərkə, etnik identifikasiyaya 
təsir, millətdə “biz” hissini qoruyub saxlayan və inkişaf etdirən 
etnopsixoloji hadisədir. 
Paternalizm siyasi ideologiya kimi inkişaf etməkdə olan 
ölkələrə və xalqlara göstərilən “atalıq qayğısı”, bu məqsədlə
kömək göstərmək, xeyirxahlıq etmək. Əslində isə bu “qayğıkeşlik” 
ölkənin siyasi və iqtisadi cəhətdən asılı vəziyyətə salmaq üçündür. 
Paternalizm həm də sahibkarın, özünün istisimarçı münasibət və 
fəaliyyətini gizlətmək üçün həyata keçirdiyi xeyriyyə tədbirləridir. 
Ruslar yaxşı içki içən olurlar. Ailədə qısqanc deyillər. 
Yəhudlilər çox xəsis və varlı olurlar. İngilislər sabit insanlar deyil, 
hər şeydə öz xeyirlərini güdür və varlı olurlar. Afrikalılar 
temperamentli, almanlar dəqiq və yığımcıl, ingilislər soyuqanlı, 
fransızlar modabaz, qafqazlılar qanar təbiətli, azərbaycanlılar 
qonaqpərvər olurlar. Avtostereotiplər 
əksərən müsbət, 
hetereostereotiplər isə həm müsbət, həm də mənfi olur. Etnik 
stereotiplər iki yerə bölünür: avtostereotiplər və heterosteretiplər.
Stereotip sözü yunan dilində stereos möhkəm + tupos-iz 
deməkdir. 
Sosial stereotiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, 
peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan 
insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət olan psixi 
hadisədir.
Autosteretiplər (auto stereo types) fərdin daxil olduğu qrupa 
(etnos, xalq, millət) aid olan ümumiləşmiş təsəvvürdür. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin