ETNOPSİXOLOGİYA 88
Valideynlər, dostlar, yaxınlar və digər sosial institutlar daima bizə
həmin normaları xatırladırlar. Digər sosializasiya institutları da
həmin müvafiq normaları
təbliğ edir və davranışda
möhkəmləndirməyə çalışırlar. Artıq yaşa dolduqdan sonra həmin
qaydaları bizə heç də heç kim xatırlatmır.
Qəbul edilmiş davranış normalarına münasibət bütün yaş
dövrlərində eyni olmur. Müşahidələr göstərir ki, həmin qaydalar ən
çox yeniyetməlik dövründə pozulur. Bir növ yeniyetmələr həmin
normalara şübhə ilə yanaşır və onların hakimiyyətini qəbul etmək
istəmirlər.Bu səbəbdən də onlar həmin yaş dövründə yeni davranış
modeli və nümunəsi axtarırlar. Bu yaş dövrü ötüb keçdikdən sonra,
yeniyetmələrin böyük əksəriyyətində reakkulturasiya (öz
mədəniyyətinə yenidən daxil olma) baş verir. Reakkulturasiya bir
tərəfdən sosial mühitlə, digər tərəfdən isə fərdi-psixoloji
xüsusiyyətlə bağlı olaraq baş verir. Bəzən elə olur ki,
reakkulturasiya yeniyetməlik yaşının sonunda, bəzən də elə olur ki,
fərdin yaşlılıq mərhələsində baş verir. Adətən bu proses, yəni
fərdin akkulturasiyası əmək fəaliyyətinə başladıqda özünü göstərir.
Insanlar müvafiq mədəniyyət normalarının mənimsəməklə
kifayətlənmirlər, həm də ətrafdakı insanların da hərəkətlərini
qiymətləndirir və onların müvafiq normalara uyğun olub-
olmadığını müəyyən edirik.
Beləliklə, öz mədəniyyətimizə daxil olmaqla təkcə müvafiq
davranış normalarını mənimsəmirik, həm də başqa insanların da
hərəkətlərini necə qavramağı və şərh etməyi öyrənirik. Mədəniyyət
hər bir insanda psixoloji qaydalar, ustanovka, attiyudların
özünəməxsus birliyi kimi mövcuddur. Bu qaydalar bizim insan,
şəxsiyyət və əxlaqi dəyərlər haqqında olan fikir və hisslərimizlə
bağlıdır.
Etnosentrizm-hər bir insan üçün səciyyəvi olan psixi
hadisədir. Sadəcə olaraq, insanların bir qsmi onun olduğunu dərk
etdiyi üçün etiraf edir, digər qismi isə fərqli şərh və izahın olmasını
qəbul etmir. Müasir psixoloji ədəbiyyatlarda (D.Matsumoto, 2008)
etnosentrizmin 2 növü göstərilir: çevik və qeyri-çevik etnosentrizm.