ETNOPSİXOLOGİYA 96
maraqlarının bir-birinə zidd olması, bir araya sığışmaması nəti-
cəsində baş verir. Tərəflər arasında rəqabət, bir tərəfin qələbəsi
digər tərəfin məğlubiyyəti ilə sona çatır, onda maraqlar toqquşur.
Bu da konfliktə səbəb olur. Qruplararsı düşmənçilik qarşıya
qoyulan məqsədlə bağlı rəqabət hissindən yaranır. Sosial psixolo-
giyada bu istiqamət türk əsilli amerikan psixoloqu Müzəffər
Şərifin adı ilə bağlıdır. O, hesab edir ki, iki qrupun rəqabət, yarış
formasında funksional cəhətdən qarşılıqlı asılılığı bilavasitə
düşmənçiliyə səbəb olur. Bu da neqativ stereotiplərin, əvvəlcədən
müəyyən qənaətin əmələ gəlməsində və həmçinin qrup daxilində
həmrəylik hissinin güclənməsində özünü göstərir. Heç şübhəsiz,
qrup qütbləşməsi “konflikt ocağına benzin tökmək” effektini verir.
M.Şərifin boyskautların yay düşərgəsində iki oğlan qruları arasında
apardığı çöl eksperimenti sosial-psixoloji effektlə, qruplararası
konfliktlə asossasiya olunur. M.Şərifin eksperimentləri sübut edir
ki, qrup şəraitində olduqda yarış iştirakçıları özlərini daha çox rəqib
kimi hiss edirlər və mükafat uğurunda mübarizə, maraqların
toqquşması tez bir zamanda aqressiv düşmənçiliyə çevrilir. Fərdi
qayda da yarışdıqda isə rəqiblik hissi o qədər də güclənmir. Həm də
müəyyyən olundu ki, neqativ qiymətləndirilən “yad” qrupla
qarşılıqlı təsir, qrupdaxili birlik hissinin güclənməsinə səbəb olur.
M.Şərifin tədqiqatları qruplararası münasibətin öyrənilməsində
yeni bir sosial-psixoloji istiqamətin əsasını qoydu. Sosail-psixoloji
yanaşmaya görə qruplarası konflikt, düşmənçilik ayrı-ayrı fərdlərin
aqressivliyindən deyil, qruplararası qarşılıqlı təsirin özünün
təbiətindən irəli gələn xüsusiyyətdir.
4. Sosial identiklik nəzəriyyəsi. XX əsrin 60-70-ci illərində
ingilis sosial psixoloqu A.Teşfelin rəhbərliyi ilə aparılan tədqi-
qatlarda maraqlı nəticələr əldə olundu. Belə ki, qruplar arasında
olan maraq müxtəlifliyi heç də qruplararası rəqabətə, konfliktə və
düşmənçiliyə səbəb olmur. Əhali arasında sosail kateqoriyalaş-
dırmanın aparılması kifayət edir ki, qruplaraarası diskriminasiya
baş versin və başqa qrup üzvlərinə pis münasibət yaransın. Böyük
Britaniyada aparılan tədqiqatlar göstərdi ki, dominant qrupun