Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə88/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
92 
Delegitimizasiyada son məqsəd başqa qrup üzvləri haqqında 
“vəhşi” obrazının yaradılmasına nail olmaqdır. Çünki, belə 
təsəvvürün yaradılması, həmin xalqa qarşı daha rahat mübarizə 
aparmağa psixoloji əsas verir. Bütün bu cəhdlər onları öldürərkən 
özünü günahkarlıq hissindən uzaq olmağa və törədilən qətl 
hadisələrinə görə bəraət almağa xidmət edir. Etnosentrik 
deliqitimizasiyaya misal olaraq Amerikanın aborigen əhalisinə 
(hindulara) qarşı “mədəni” avropalıların ilk dövrlərdə bəslədikləri 
münasibəti qeyd etmək olar. Bundan başqa ermənilər öz uşaqlarına 
təbliğ edirlər ki, guya azərbaycanlılar Novruz şirniyyatı 
hazırlayarkən, şəkərbura və paxlava xəmirini erməni qanı ilə 
yoğururlar.
Etnosentrizm insan psixologiyası üçün səciyyəvi 
xüsusiyyətdir və əgər o başqa xalqların mədəniyyətinə, həyat 
tərzinə, adət ənənələrinə hörmətlə, səbrlə yanaşırsa onda buna 
müəyyən mənada mənəvi cəhətdən haqq qazandırmaq olar.
3.3. 
Etnik konfliktlər və onların növləri 
Etnik konflikt etnopsixologiyanın əsas anlayışlarından biridir. 
Etnik konfliktlərin öyrənilməsi etnopsixologiyanın nəzəri və 
praktik problemlərinə aid edilir. XX əsrin sonu və XXI əsrin əvvəli 
dünyada etnik konfliktlərin çoxalması ilə müşayiət olunur. Bu bir 
tərəfdən dünyada gedən sosial-siyasi proseslərlə bağlıdırsa, digər 
tərəfdən isə iqtisadi və psixoloji amillərlə şərtlənir. Konflikti bəzi 
müəlliflər ünsiyyətin özünəməxsus növü kimi qəbul edirlər. Sosial 
psixologiyada yerinə yetirdiyi funksiyaya görə konfliktləri 
konstruktiv və destruktiv olmaqla iki yerə bölürlər. Konflikt 
şəraitində insanların davranışı fərqli olur. Belə ki, bəzi insanlar 
konflikt şəraitinə düşdükdə güzəştə gedir, bəziləri aqressiv olur, 
bəziləri isə konflikt şəraitdən qaçırlar.
Psixoloji ədəbiyyatlarda konfliktin aşağıdakı növləri qeyd 
olunur: 
- şəxsiyyətdaxili konflikt 
- şəxsiyyətlərarası konflikt 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin